Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Yeni rəhbərlik gəldi, kapitan komandadan getdi

Yeni rəhbərlik gəldi, kapitan komandadan getdi

Tarix: 25 Dekabr 2015 13:32

Daha bir futbolçu "İnter"i tərk edib. Fanat.az хəbər verir ki, Səlahət Ağayev bank klubundan ayrılıb.

Yeni rəhbərliklə danışıqlar masasına əyləşən kapitan razılığa gələ bilməyib. Şərtlər qapıçını qane etmədiyindən klubdan ayrılmaq qərarına gəlib.

Qeyd edək ki, Səlahət peşəkra karyerasına "İnter"də başlayıb. 2008-ci ildə əsas komandaya yüksələn 24 yaşlı qolkiper 2011-ci ildə MOİK-ə, 2012/13 mövsümündə "Sumqayıt"a icarəyə verilib.

Onu da qeyd edək ki, Ağayevdən əvvəl Abdulla Abatsiyev, Emilyano Vila, İvan Benites, Xuan Fransisko və Stepan Polyak da "İnter"dən ayrılıb.

Fanat.az

Teqlər:  Yeni rəhbərlik gəldi kapitan komandadan getdi



RƏYLƏR


Top xəbərlər