Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rita Ora və Riannanın araları dəyib - FOTO

Rita Ora və Riannanın araları dəyib - FOTO

Date: 25 December 2015 13:32

Britaniyanın populyar müğənnilərindən olan Rita Ora məşhur reper və prodüser, müğənni Beyonsun əri Cey Zinin "Roc Nation record" səsyazma studiyasını məhkəməyə verib.
Rita Ora 2008-ci ildən bəri əməkdaşlıq etdiyi studiya ilə 7 illik tərəfdaşlıqdan sonra bütün əlaqələri dayandırıb.

Milli.Az TMZ-yə istinadən bildirir ki, Rita Ora studiya ilə aktiv tərəfdaşlığı çoxdan dayandırsa da, anlaşmanın şərtlərinə görə, müqavilə müddəti başa çatanadək başqa studiyalarla çalışa bilməzdi.
Rita Oranın dediyinə görə, studiya onun karyerasına çox az diqqət ayırıb. Gerçəkdən də, Oranın "Roc Nation record" studiyası ilə əməkdaşlığı zamanı onun, sadəcə, 2012-ci ildə bir albomu çıxıb.

Prodüserlər isə deyirlər ki, Cey Zinin studiyası ilə Rita Ora arasında əməkdaşlığın zəif olmasının suçlusu Riannadır. Belə ki, studiya Riannanın layihələrinə daha çox diqqət ayırıb.

Milli.Az









Tags:  Rita Ora Riannanın araları dəyib FOTO

RƏYLƏR


Top news