Bakı şəhər Mədəniyyət və Turizm idarəsinin və Azərbaycan Xalça Muzeyinin rəhbərləri dəyişdirilib

Bakı şəhər Mədəniyyət və Turizm idarəsinin və Azərbaycan Xalça Muzeyinin rəhbərləri dəyişdirilib
13:33 25 Dekabr 2015
48 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, AZƏRTAC
Bakı şəhər Mədəniyyət və turizm idarəsinin rəisi Əlikram Əliyev və Xalça Muzeyinin direktoru Röya Tağıyeva tutduqları vəzifələrdən azad olunublar.
AZƏRTAC xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev nazirliyin bu gün keçirilən kollegiya iclasında bildirib.
Nazir deyib ki, Bakı şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi vəzifəsinə Nizami Kino Mərkəzinin direktoru Vüqar Zeynalov təyin olunub.
Ə.Qarayev vurğulayıb ki, Xalça Muzeyinin direktoru Röya Tağıyevanı yanvar ayında təqaüdə göndəriləcək. “R.Tağıyevanın artıq 71 yaşı var. O, təcrübəli muzey işçisidir. Mən imkan vermərəm ki, onun 50 ildə qazandığı nailiyyətlər heç olsun. O, hörmət-izzətlə təqaüdə göndəriləcək. Xalça Muzeyində nöqsanlar var idi. Onların aradan qaldırılması üçün tədbirlər görüldü. Bütün bunlara baxmayaraq, heç kim hay-küy salıb Xalça Muzeyinin əleyhinə danışmamalıdır”.
Nazir R.Tağıyevaya fəaliyyətinə görə təşəkkür edərək onun vəzifəsini müvəqqəti olaraq muzeyin işçisi Mira Məmmədxanovanın icra edəcəyini bildirib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_seher_Medeniyyet_ve_Turizm_idaresinin_ve_Azerbaycan_Xalcha_Muzeyinin_rehberleri_deyisdirilib-914278

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR