Süni qiymət artımı və mal-qıtlığı yaradan şəxslərə qarşı ciddi tədbirlər görüləcək

Süni qiymət artımı və mal-qıtlığı yaradan şəxslərə qarşı ciddi tədbirlər görüləcək
13:34 25 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

İqtisadiyyat və Sənaye Nazirliyi və Baş Prokurorluq birgə məlumat yaydı

Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixdən manatın üzən məzənnə rejiminə keçirilməsi barədə qərar qəbul edib. İqtisadiyyat və Sənaye Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən Lent.az-a verilən məlumata görə, manatın kursunda baş vermiş dəyişiklikdən sonra süni qiymət artımı, məqsədli mal qıtlığı yaradılması və digər sui-istifadə cəhdlərinin qarşısının alınması üçün İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə Tədbirlər Planı hazırlanır.

 

Süni qiymət artımı və mal-qıtlığı yaratmaqla vəziyyətdən sui-istifadə edən təsərrüfat subyektləri barədə, habelə inhisarçılıq və korrupsiya kimi neqativ halların vaxtında aşkar edilərək qarşısının alınması məqsədi ilə tədbirlər həyata keçirilməklə qanun pozuntularına yol vermiş şəxslər barəsində ən ciddi tədbirlər görüləcəkdir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226558

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR