"Ailə qurmaq dükandan ət almaq deyil"

"Ailə qurmaq dükandan ət almaq deyil"
13:41 25 Dekabr 2015
40 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Niyam Salami Alternativ TV-də (Region TV) yayımlanan "Şou məkan" verilişinə açıqlamalar verib.

Axşam.az-ın məlumatına görə, ifaçı aşpazlıq bacarığından danışıb:

"Geyimimlə, səhnə performansımla, imicimlə özüm məşğul oluram. Çünki tamaşaçıların məndən nə istədiklərini bilirəm. Yemək işində bir az kaprizlərim var. Aşpazlıqdan gəldiyim üçün bilirəm ki, nəyi necə hazırlamaq lazımdır. Hətta böyük bir insanın yeməyini mən hazırlamışam".

Müğənni saqqalı ilə bağlı xanımlardan gələn tənqidlərə belə cavab verib:

"Kaş xanımların da saqqalı olardı, hər gün saqqal qırxardılar, onda başa düşərdilər ki, bu necə əziyyətli bir işdir. Biz müğənniyik, tez-tez görünüşümüzü dəyişə bilərik. Bir il saqqallı, bir il saqqalsız ola bilərik".

Sənətçi həmkarı Ramal İsrafilovla bağlı sualları da cavablandırıb:

"Ramal efirdə mənim zarafatlarımdan istifadə edir, məni parodiya edir. Mən buna irad tutmuram, xoş baxıram. Ramal özünü mənə oxşadır, mən ona yox. Çünki mən ondan qat-qat böyük birisiyəm".

N.Salami ailə qurmamasının səbəbini də açıqlayıb:

"Bir dəfə nişanlı olmuşam, bir dəfə də ailə qurmuşam, öz qohumumla. Ailə qurmaq dükandan 10 kiloqram mal əti almaq deyil ki, gedib alasan. Ailə tamam başqa bir anlayışdır. Sənətçinin ailəsi, sənətçinin həyat yoldaşı olmaq çox çətindir. Bu məsuliyyəti öz üzərinə götürəcək xanımla qarşılaşsam, evlənəcəm”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43146

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR