Fövqəladə hallar naziri Şabranda şimal bölgəsindən olan vətəndaşları qəbul edib

Fövqəladə hallar naziri Şabranda şimal bölgəsindən olan vətəndaşları qəbul edib
13:53 25 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+


Şabran, 25 dekabr, Elxan Yusifli, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dekabrın 25-də Şabran şəhərində şimal bölgəsindən olan vətəndaşları qəbul edib.
AZƏRTAC xəbər verir ki, qəbulda Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşan məcburi köçkünlərin müraciətlərinə baxılıb.
Fövqəladə hallar naziri tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb. Həmçinin bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun operativ zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Fovqelade_hallar_naziri_Sabranda_simal_bolgesinden_olan_vetendaslari_qebul_edib-914291

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR