Emomali Rəhmon özünü "Tacik millətinin lideri" elan edib

Emomali Rəhmon özünü "Tacik millətinin lideri" elan edib
13:54 25 Dekabr 2015
26 Dünya
Ölkə mətbuatı
A- A+

Tacikistan prezidenti Emomali Rəhmon özünü "Tacik millətinin lideri" elan edib.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Tacikistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

E. Rəhmonun imzaladığı “Sülh və milli birliyin yaradıcısı -Millətin lideri” adlı qanun Tacikistan parlamenti tərəfindən yekdilliklə qəbul edilib.

 

Bu titul Tacikistanın Konstitusiya əsaslarının möhkəmləndirilməsi, müstəqillik, ərazi bütövlüyü, sabitlik, demokratiyanın möhkəmləndirilməsi, iqtisadi və mədəni dəyərlərin müdafiəsi ilə məqsədilə təsis edilib. Qeyd olunur ki, müvafiq qərarın qəbulu zamanı ABŞ, Avropa ölkələri və Qazaxıstan təcrübəsindən istifadə olunub.

 

Qeyd edək ki, “Millətin lideri” titulu immunitet və xüsusi hüquqi statusa malik olacaq. Onun şərəfinə muzeylər, arxivlər və kitabxanalar yaradılacaq.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226564

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR