"Evimi 3 dəfə dəyişdim, pulunu ödəyə bilmirəm" - əməkdar artist

"Evimi 3 dəfə dəyişdim, pulunu ödəyə bilmirəm" -  əməkdar artist
14:06 25 Dekabr 2015
93 Şou
Ölkə mətbuatı
A- A+

“Hər bir vətəndaşın borcudur ki, vergini ödəsin. Mən də vergi ödəyicisiyəm. Bu işlərlə Cavanşir Məmmədov məşğul olur”.

Bu sözləri Axşam.az-a açıqlamasında əməkdar artist Firuzə İbadova deyib. O, vergi borcu olanların siyahısında adının yer almadığını bildirib:

“Mən o qədər də yüksək məbləğ qazanmıram. Toya baha qiymətə gedənlər siyahısında deyiləm. Üstümə nə qədər borc düşürsə, səliqəli şəkildə ödəyirəm. Əgər gəlirimiz varsa, canla-başla kreditimizi də verməliyik”.

F.İbadova son günlər dolların yüksəlməsindən və ölkədəki bahalaşmadan da bəhs edib:

“Bu bahalaşma tək mənə yox, bütün ölkəyə təsir edib. Ailəmdə tək adamam. Qazancım çox azdır. Bahalı toylara getmirəm. Mən yalan danışmaq istəmirəm. 45 ildir bu sənətdəyəm. 6 ildə üç dəfə evimi dəyişdim. Pulunu ödəyə bilmirəm, ordan-ora, burdan-bura köçürəm. Evimdə kişi xeylağı - oğlum, yoldaşım yoxdur. 88 yaşında qoca anam, nəvəm və qızım var. Qızım işləmir, evdə hamıya mən baxıram. Ancaq yemək puluna işləyirəm. Banklara kreditim var. Bir neçə ay əvvəl lap çox idi. Nəyimisə satdım, ödədim azaldı. İndi 15 minə qədər kreditim qalıb. Amma şikayət etmirəm. Qazanıram, pensiya alıram, şükür”.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43147

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR