Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nazir cəza verdiyi muzey direktoru işdən çıxardı

Nazir cəza verdiyi muzey direktoru işdən çıxardı

Date: 25 December 2015 14:06

Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva təqaüdə göndərildi. Bu barədə ANS PRESS-ə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Şıxəmmədov xəbər verib.

"Bu barədə bu gün nazirliyin kollegiya iclasında qərar verilib. Nazir Əbülfəs Qarayev 71 yaşlı R.Tağıyevanı təqüdə yollayıb. Onun işinə tam xitam 1 yanvar 2016-cı il tarixində son veriləcək. Bu heç bir zərurətdən deyil, sadəcə yaş həddiylə əlaqədar qəbul olunmuş qərardır".

Ə.Qarayev bu gün keçirilən kollegiya iclasında onu da vurğulayıb ki, Xalça Muzeyinin direktoru Röya Tağıyeva təcrübəli muzey işçisidir.

"Mən imkan vermərəm ki, onun 50 ildə qazandığı nailiyyətlər heç olsun. O, hörmət-izzətlə təqaüdə göndəriləcək. Xalça Muzeyində nöqsanlar var idi. Onların aradan qaldırılması üçün tədbirlər görüldü. Bütün bunlara baxmayaraq, heç kim hay-küy salıb Xalça Muzeyinin əleyhinə danışmamalıdır”.


Ə.Qarayev -Mədəniyyət və Turizm Naziri

Nazir R.Tağıyevaya fəaliyyətinə görə təşəkkür edərək ,onun vəzifəsini müvəqqəti olaraq muzeyin baş mühafizi Mira Məmmədxanovaya tapşırıb.


Xalça muzeyi

R.Tağıyeva noyabrın 27-də muzeyin fəaliyyətində yol verdiyi nöqsanlara, kollektivdə normal iş ahənginin pozulmasına şərait yaratdığına, rəhbərlik etdiyi muzeydə əmək və icra intizamına ciddi əməl olunmasını təmin etmədiyinə görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdi.


Əlikram Əliyev-Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev də vəzifəsindən azad edilib. Nazir bu vəzifəyə Nizami Kino Mərkəzinin direktoru Vüqar Zeynalovu təyin edib.

Tags:  Nazir cəza verdiyi muzey direktoru işdən çıxardı


RƏYLƏR


Top news