Məşhur tennisçidən xeyirxah addım

Bu gün xristian dünyası Milad bayramını qeyd edir.


Metbuat.az-ın məlumatına görə, sabiq dünya bir nömrəsi Karolin Voznyaçki xeyirxah addımı ilə diqqət çəkib. Danimarkalı tennisçi sığınacaqda yaşayan evsiz uşaqlara Milad hədiyyələri alıb.

Voznyaçki "Instagram" hesabında hədiyyələrin fotosunu paylaşıb və yazıb:

"Sığınacaqda yaşayan evsiz uşaqlar üçün hədiyyə almışam. Hamısı Miladı yaxşı şəkildə keçirməyi haqq edir. Ümid edirəm ki, bunların onlara azacıq da olsa xeyri dəyəcək".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR