Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

AMEA-nın 4 qurumu ləğv edilib

AMEA-nın 4 qurumu ləğv edilib

AMEA-da yeni TƏYİNAT (19 Fevral 2017 15:39)

Tarix: 25 Dekabr 2015 14:23

Bakı. Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 4 qurumu ləğv edilib.

Trend-in məlumatına görə, Nazirlər Kabinetinin Azərbaycan Milli Elmlər Akademiyasının bəzi məsələləri haqqında qərarına əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzi, "Selen" Elmi İstehsalat Birliyi, Reagentlərin İşlənməsi və Xalq Təsərrüfatı üzrə İstehsalat Təcrübəli Xüsusi Konstruktor Texnoloji Bürosu və Mineral Xammalın Kompleks Emalı üzrə Təcrübə İstehsalatlı Xüsusi Konstruktor Texnoloji Bürosu ləğv edilib.

AMEA bu qərardan irəli gələn məsələləri həll edəcək.

Bu qərar imzalandığı gündən (15 dekabr) qüvvəyə minir.

Bizi Twitter-dən izləyin: @trend_az


Teqlər:  AMEA-nın qurumu ləğv edilib



RƏYLƏR


Top xəbərlər