Rusiya Federasiyası Çeçenistan Respublikası Hökumətinin sədri Ruslan Edelgeriyevdən

14:33 25 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu,
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Biz Sizi Azərbaycan xalqının inkişafına və firavanlığına yönəlmiş, ölçülüb-biçilmiş siyasət yürüdən müdrik siyasi xadim və öz ölkəsinin vətənpərvər oğlu kimi tanıyırıq.
Əminəm ki, Sizin sayənizdə Azərbaycan Respublikası bundan sonra da dövlətçiliyin və demokratik təsisatların təkmilləşdirilməsi, davamlı iqtisadi və sosial inkişaf yolu ilə inamla irəliləyəcək.
Şübhə etmirəm ki, xalqın Sizə göstərdiyi daimi dəstək və etimad, respublika vətəndaşlarının həyatını daha da firavanlaşdırmaq səyləriniz bundan sonra da ali dövləti fəaliyyətinizdə uğurlarınıza şərait yaradacaq.
İcazə verin, bu əlamətdar gündə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, doğmalarınıza xoşbəxtlik və firavanlıq diləyim.
Hörmətlə,

Ruslan Edelgeriyev
Rusiya Federasiyası Çeçenistan Respublikası
Hökumətinin sədri

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rusiya_Federasiyasi_CHechenistan_Respublikasi_Hokumetinin_sedri_Ruslan_Edelgeriyevden-914306

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR