Şifrənin təhlükəsizlik səviyyəsini müəyyənləşdirən xidmət istifadəyə verilib

Şifrənin təhlükəsizlik səviyyəsini müəyyənləşdirən xidmət istifadəyə verilib
14:36 25 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Hər bir istifadəçi hesabının, xüsusən maliyyə proqramlarının təhlükəsizliyini qorumaq üçün unikal şifrələrdən istifadə etmək lazımdır.
 
Təəssüf ki, istifadəçilər çox vaxt asanlıqla tapıla bilən simvollar kombinasiyasından istifadə edərək şifrənin təhlükəsizlik səviyyəsinə bir o qədər əhəmiyyət vermirlər.
 
“ICTnews” elektron xəbər xidməti “psm7.com” resursuna istinadən yazır ki, “Kaspersky Lab” şifrənin təhlükəsizlik səviyyəsini yoxlamaq üçün onlayn xidmət  yaradıb. Saytda rəqəm və hərflərdən ibarət şifrəni daxil edərək hakerin sizin şifrənizə müdaxilə müddətini öyrənmək mümkündür.

“Kaspersky Lab” xəbərdarlıq edir ki, bu xidmət yalnız tanışlıq məqsədi ilə yaradılıb, şifrələr verilənlər bazasında saxlanılmır.

Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-40537-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR