Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan Ermənistana güzəşt edə bilər

Azərbaycan Ermənistana güzəşt edə bilər

Date: 25 December 2015 14:36

Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycanın Avrasiya İttifaqına daxil olması ilə bağlı ilkin şərtləri açıqlayıb.

ANS PRESS-in məlumatına görə, Məmmədyarov bu barədə suallara 2015-ci ilin yekunlarına dair müsahibədə cavab verib. E.Məmmədyarov Ermənistanın işğala son qoyacağı halda İttifaq ölkələri ilə Azərbaycanın ərazisi ilə əlaqə qura biləmək imkanı qazanacağını vurğulayıb:

"İlk növbədə bütün region üçün təhlükə olan və ümumilikdə regional əməkdaşlığa mane olan Ermənistanın Azərbaycana qarşı işğalı aradan qaldırılmalıdır. Nəticə etibarilə, Ermənistan və Azərbaycan arasında qurulacaq əlaqələrin tərkib hissəsi kimi Avrasiya İqtisadi İttifaqı ölkələri Ermənistana çıxış üçün əlverişli nəqliyyat tranziti imkanları əldə bilərlər. Lakin, bu hələ Azərbaycanın bu təşkilata üzvlüyü demək deyildir."-nazir əlavə edib.

Nazir qeyd edib ki, hal-hazırda Avrasiya İqtisadi İttifaqı adlanan təşkilata üzv olmaq məsələsi Azərbaycanın gündəliyində deyil, təşkilat və ya üzv dövlətlər tərəfindən də Azərbaycana bununla bağlı hər hansı rəsmi müraciət edilməyib.

"Bu ilin sentyabrında Nyu-Yorkda BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Rusiya media nümayəndələrinin bənzər sualını cavablandıraraq mənim tərəfimdən “never say never” (“heç zaman heç vaxt demə”) ifadə istifadə edilmiş və bunun mənası izah edilib”.Azərbaycan əraziləri Avrasiya İqtisadi İttifaqının üzvü olan Ermənistan tərəfindən işğal edildiyi və məlum səbəblərə görə bu iki dövlət arasında hər hansı əlaqələrin olmadığı şəraitdə Azərbaycanın Ermənistanla iqtisadi və gömrük birliyini nəzərdə tutan bu qurumda iştirakı necə mümkün ola bilər? "-deyə nazir əlavə edib.


Elmar Məmmədyarov - Xarici İşlər naziri


“Hazırki şəraitdə Ermənistan Avrasiya İqtisadi İttifaqı ölkələrinin heç biri ilə sərhədə malik deyildir. Azərbaycanın qoşulub-qoşulmaması kimi gələcəyə aid sualdan asılı olmayaraq, Ermənistanın heç olmasa digər üzv dövlətlərlə səmərəli nəqliyyat dəhlizi imkanları olmalıdır. Digər üzv ölkələrlə Ermənistanı birləşdirən əsas və optimal nəqliyyat arteriyaları, o cümlədən dəmir yol xətti tarixən Azərbaycan ərazisindən keçirdi”.-deyə Elmar Məmmədyarov əlavə edib.



AİB ölkələrin xəritəsi


Bir müddət əvvəl isə İqtisadiyyat və Sənaye nazirinin müavini Sevinc Həsənova bildirimişdi ki, biz ilk növbədə, bu cür təşkilatlarda iştirakımızın mənfi və müsbət tərəflərini təhlil etməliyik.


Birliyə daxil olan ölkələrin prezidentlərinin görüşü


29 may 2014-cü il tarixində Belarus, Qazaxıstan və Rusiya tərəfindən imzalanmış müqavilə ilə qurulan Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olan ölkələr bir-birinin xarici ticarətlə bağlı qərarlarını koordinasiya edə bilirlər. Ermənistan da Avrasiya İqtisadi Birliyi ilə 9 oktyabr 2014-cü ildə təşkilata üzvülük barədə müqavilə imzalayıb. Müəyyən müddətdən sonra isə ölkələr arasında ticarət və gömrük rüsumları sıfra endirilir, yəni iqtisadi baxımdan müəyyən faydaları var.

Amma Ermənistan Azərbaycan torpaqlarını azad etmədiyi üçün demək olar ki, ittifaqa tətbiq edilən güzəştlərdən istifadə edə bilmir. Azərbaycan isə Ermənistan qarşısında açıq şərtlərlə çıxış edir. Yəni ki, torpaqlar azad edildikdən sonra Ermənistan ittifaq dövlətləri ilə Azərbaycan ərazisindən əlaqə saxlaya bilər. Bu isə Ermənistan iqtisadiyyatının canlanması deməkdir.

Tags:  Azərbaycan Ermənistana güzəşt edə bilər


RƏYLƏR


Top news