Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məşhur aktyor əfv olundu - FOTO

Məşhur aktyor əfv olundu - FOTO

Date: 25 December 2015 14:37

ABŞ-ın Kaliforniya ştatının qubernatoru Cerri Braun Milad Bayramı münasibətilə Hollivud ulduzu Robert Daunini əfv edib.

50 yaşlı R.Dauni 16 il əvvəl narkotik maddələr saxladığına görə həbs olunmuşdu.

Milli.Az Associated Press-a istinadən bildirir ki, aktyorun adı "islah yolunu tutmuş" 91 cinayətkarın adlarının yer aldığı siyahıdadır.

"Robert Dauni həbsxanadan azad olandan sonra vicdanlı həyat yaşayır, yaxşı məziyyətlər nümayiş etdirir, qanuna riayət edir. O, cəmiyyətə borcunu ödəyib, tam və şəksiz bəraət hüququ qazanıb", - qubernatorun qərarında deyilir.

Bəraət almış şəxslərin hamısının seçki hüquqları bərpa olunub.

1996-cı ilin iyun ayında Rober Dauni sürət həddini aşdığına görə polis tərəfindən saxlanmışdı. Onun avtomobilində kokain, heroin və "Magnum" revolveri aşkarlanmışdı. Aktyor məhkəməyədək zaminə buraxılsa da, Dauni qonşunun evinə soxulduğu və uşaq otağında huşunu itirib qaldığı üçün iki həftə sonra yenidən tutulmuşdu.

1996-cı ilin noyabrındakı məhkəmə prosesində Robert Dauni ittihamları qəbul etmiş, narkotik asılılıqdan qurtulmaq üçün kurs keçəcəyini demişdi. O, 3 il şərti cəza alsa da, vədinə əməl etmədiyi üçün 1999-cu ildə həbs olunmuşdu.

Robert Dauni hazırda dünyada ən çox qazanan aktyordur. Son ildə o, 80 milyon dollar əldə edib.

Milli.Az







Tags:  Məşhur aktyor əfv olundu FOTO

RƏYLƏR


Top news