Dünyanın 70-dən çox ölkəsində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilir

Dünyanın 70-dən çox ölkəsində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilir
14:38 25 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, AZƏRTAC
Beynəlxalq Muğam Mərkəzində Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş ədəbi-musiqili tədbir keçirilib.
İcra Aparatının mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov AZƏRTAC-a bildirib ki, mədəniyyət, ədəbiyyat, incəsənət xadimləri, Milli Məclisin deputatları, gənclər, veteranlar və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbir paytaxt sakinlərinə xoş anlar bəxş edib.
Tədbirdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixindən söz açılıb, bu bayramın təsis edilməsinin ümummilli lider Heydər Əliyevin təşəbbüsü olduğu vurğulanıb. Qeyd edilib ki, bu tarix Azərbaycanın ümumdünya birlik günüdür, bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq üçün mühüm rol oynayır. Bu möhtəşəm bayram dünyanın 70-dən çox ölkəsində yaşayan azərbaycanlılar tərəfindən qeyd olunur.
Gecədə Xalq Artisti Teymur Göyçayevin bədii rəhbər və baş dirijoru olduğu Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin müşayiəti ilə bəstəkar Aygün Səmədzadənin mahnılarını Əməkdar artistlər- Lalə Məmmədova, Aygün Bəylər, Eyyub Yaqubov və başqaları ifa ediblər. Tədbir bəstəkarın “Azərbaycan” mahnısının kollektiv ifası ilə yekunlaşıb.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dunyanin_70_den_chox_olkesinde_31_dekabr___Dunya_Azerbaycanlilarinin_Hemreyliyi_Gunu_qeyd_edilir-914307

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR