Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

AMEA-nın 4 qurumu ləğv edildi

AMEA-nın 4 qurumu ləğv edildi

Date: 25 December 2015 14:42

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 4 qurumu ləğv edilib.

Trend-in məlumatına görə, Nazirlər Kabinetinin Azərbaycan Milli Elmlər Akademiyasının bəzi məsələləri haqqında qərarına əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzi, "Selen" Elmi İstehsalat Birliyi, Reagentlərin İşlənməsi və Xalq Təsərrüfatı üzrə İstehsalat Təcrübəli Xüsusi Konstruktor Texnoloji Bürosu və Mineral Xammalın Kompleks Emalı üzrə Təcrübə İstehsalatlı Xüsusi Konstruktor Texnoloji Bürosu ləğv edilib.

AMEA bu qərardan irəli gələn məsələləri həll edəcək.

Bu qərar imzalandığı gündən (15 dekabr) qüvvəyə minir.

Milli.Az


Tags:  AMEA-nın qurumu ləğv edildi


RƏYLƏR


Top news