Bu il Təhsil Nazirliyinin “Qaynar xətt”nə 94513 zəng daxil olub

14:44 25 Dekabr 2015
20 Sosial
Ölkə mətbuatı
A- A+

2015-ci ildə Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglər və Vətəndaşların Qəbulu Mərkəzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, statistikaya əsasən, bu il ərzində Telefon Məlumat Mərkəzinə 94 513 zəng ( 2013-cü illə müqayisədə 8 dəfə çox, 2014-cü illə müqayisədə isə 1,6 dəfə çox) daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 55 842 vətəndaşa xidmət göstərilib. Kommutator xidmətinə 25 000-ə yaxın zəng daxil olub.

Məlumatda qeyd edilir ki, 2015-ci il ərzində Təhsil Nazirliyinə vətəndaşlar tərəfindən 21 403 müraciət, müxtəlif qurumlardan 28 919 məktub və 10 332 elektron müraciət (01.01.2015-11.12.2015) daxil olub.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 6 819 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Həmçinin, vəzifəli şəxslərin qəbuluna yazılmaq üçün elektron poçt vasitəsilə 641 müraciət, teleqram və məktublar vasitəsilə 230 müraciət daxil olub və onlara müvafiq cavablar verilib.

Şikayətlərin qeydiyyatı proqramında qeydiyyata alınmış 915 müraciət isə araşdırılması üçün müvafiq şöbə, sektor və idarələrə göndərilib.

Bildirək ki, bu il ərzində təhsil naziri Mikayıl Cabbarov mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, 600-ə yaxın vətəndaşı qəbul edib. Müraciətlərin əksər hissəsi yerindəcə həllini tapıb.

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226569

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR