2015-ci ildə itirdiklərimiz - Siyahı

2015-ci ildə itirdiklərimiz -  Siyahı
14:51 25 Dekabr 2015
127 Şou
Ölkə mətbuatı
A- A+

Bu il sənət, mədəniyyət və ədəbiyyat sahəsində bir çox tanınmış insanları itirdik.

Axşam.az-ın məlumatına görə, ilin başlanğıcında xalq şairi Vaqif Səmədoğlu, son günlərində isə əməkdar artist Ələsgər Məmmədoğlu dünyasını dəyişdi.

Xalq rəssamı Davud Kazımov 89 yaşında dünyasını dəyişib.



Azərbaycan filmlərində uşaq rollarının ifaçısı Ruslan Nəsirov 41 yaşında dünyasını dəyişib. "Qəm pəncərəsi"nin Əhmədi uzun müddətdir qaraciyər xəstəliyindən əziyyət çəkib.



Azərbaycanlı yazıçı Gülşən Lətifxan 53 yaşında dünyasını dəyişdi.



Şair Məmməd Aslan isə sentyabrın 23-də dünyasını dəyişib.



Xalq artisti,  professor, bəstəkar Ramiz Mirişli də bu il dünyasını dəyişənlərdən olub.


 
Azərbaycanın xalq artisti Nəriman Məmmədov 2015-ci ildə dünyasını dəyişib.



Xalq artisti Habil Əliyev isə bu il 88 yaşında vəfat edib.



Xalq artisti Nuriyyə Əhmədova  64 yaşında vəfat edib.



Aktrisa Gülnar Salmanova 59 yaşında vəfat edib.



Xalq artisti İlham Əskərov 57 yaşında vəfat edib.



“Qayınana” filmindəki gəlin, Sevda obrazı ilə yadda qalan Tanilə Əhmərova 65 yaşında dünyasını dəyişib.


 
Xalq artisti Polad Bülbüloğlunun anası Adelaida Məmmədova 93 yaşında vəfat edib.



Azərbaycanın xalq artisti Sofiya Hüseynova iyulun 30-da 89 yaşında dünyasını dəyişib.
 


Xalq artisti Azər Rzayev dekabrın 14-də 85 yaşında vəfat edib.
 

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43152

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR