Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Serbiya-Azərbaycan Ticarət Palatasının sədri Miroslav Tsrnoqoratsdan Palatanın icraçı direktoru Natalia Popeskudan

Date: 25 December 2015 14:58


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident,
Doğum gününüz münasibətilə Sizə Serbiya-Azərbaycan Ticarət Palatası adından ən xoş arzularımızı çatdırırıq. Biz doğmalarınızın, dostlarınızın xoş təbriklərinə qoşularaq Sizə və ailənizə cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq.
Bu gün Serbiya ilə Azərbaycanın ənənəvi dostluq əlaqələri həmişəkindən daha möhkəmdir. Ölkələrimiz arasında bütün sahələrdə mövcud olan strateji tərəfdaşlıq xalqlarımızın qarşılıqlı mənafeyi naminə inkişaf edir və dərinləşir. Biz əminik ki, yaxın gələcəkdə ölkələrimiz arasındakı əməkdaşlıq daha da güclənəcək.
Sizə ali dövləti vəzifənizdə uğurlar arzulamaq fürsətindən istifadə edərək qarşıdan gələn Yeni il bayramınızı da təbrik edirik. Biz Sizə və dost Azərbaycan xalqına rifah və firavanlıq arzulayırıq.
Cənab Prezident, lütfən ən yüksək ehtiramımızı qəbul edin.
Ən xoş arzularla,
 
Miroslav Tsrnoqorats
Serbiya-Azərbaycan Ticarət Palatasının sədri,
Natalia Popesku
Palatanın icraçı direktoru

Tags:  Serbiya-Azərbaycan Ticarət Palatasının sədri Miroslav Tsrnoqoratsdan Palatanın icraçı direktoru Natalia Popeskudan


RƏYLƏR


Top news