Fermerlərə lizinqə götürdükləri kənd təsərrüfatı texnikalarına görə güzəştlər tətbiq edilir

Fermerlərə lizinqə götürdükləri kənd təsərrüfatı texnikalarına görə güzəştlər tətbiq edilir
14:58 25 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Qəbələ, 25 dekabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Kənd təsərrüfatı naziri Heydər Əsədov dekabrın 25-də Qəbələ şəhərində “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə görüşüb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Ağdaş, Göyçay, İsmayıllı, Oğuz, Qəbələ, Ucar, Yevlax rayonları üzrə 75 istifadəçiyə lizinqə verilən ümumilikdə 1 773 431,0 manat məbləğində 135 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına 632 082 manat məbləğində güzəşt tətbiq edilib. Xüsusi Komissiyanın qərarına əsasən tətbiq olunan güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələrinin bağlanılması, o cümlədən güzəşt tətbiq edildikdən sonra 56 ədəd müxtəlif kənd təsərrüfatı texnikasının istifadəçilərin mülkiyyətinə verilməsi və onların Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınması həyata keçirilib. Eyni zamanda, “Aqrolizinq” ASC-dən lizinq yolu ilə əldə etdiyi kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəmiş istifadəçilərə də güzəşt üçün elektron ərizə verilməsi üçün xidmət göstərilib.
Görüşdə nazir Heydər Əsədov bildirib ki, lizinq xidmətindən istifadə edən hüquqi və fiziki şəxslər tərəfindən daxil olmuş elektron müraciətlər üzrə Xüsusi Komissiyanın qərarına əsasən 4100 istifadəçinin lizinqə götürdüyü ümumilikdə 12150 kənd təsərrüfatı texnikasına 49,5 milyon manat məbləğində güzəşt tətbiq edilib. “Aqrolizinq” ASC-dən lizinq yolu ilə kənd təsərrüfatı texnikaları əldə edən istifadəçilərə yerlərdə xidmət göstərilməsi məqsədilə Xüsusi Komissiyanın Xaçmaz, Quba, Tovuz, Zaqatala rayonlarında və Gəncə şəhərində səyyar iclasları keçirilib.
Xüsusi Komissiyanın səyyar iclaslarında respublikanın 26 rayonu üzrə 434 istifadəçiyə lizinqə verilmiş 887 ədəd müxtəlif kənd təsərrüfatı texnikalarına 5 694 529 manat məbləğində güzəşt tətbiq edilib. Eləcə də yeni lizinq müqavilələrinin bağlanılması, o cümlədən 263 ədəd müxtəlif texnikanın istifadəçilərin mülkiyyətə verilməsi təmin olunub.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Fermerlere_lizinqe_goturdukleri_kend_teserrufati_texnikalarina_gore_guzestler_tetbiq_edilir-914321

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR