Sərhəd Xidməti: “Bu il 16 min çox adam saxlanılıb”

Sərhəd Xidməti: “Bu il 16 min çox adam saxlanılıb”
14:59 25 Dekabr 2015
23 Sosial
Ölkə mətbuatı
A- A+

Dekabrın 25-də Dövlət Sərhəd Xidmətinin 2015-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib. Lent.az-ın xidmətin saytına istinadən məlumatına görə, 2015-cü ildə dövlət sərhədini pozduğuna görə 461, sərhəd rejimi qaydalarını pozduqlarına görə 16 min 648 nəfər saxlanılıb. Onların 55,1% Azərbaycan, 8,5% Özbəkistan, 7,6% İran, 4,3% Banqladeş, 3,9% Əfqanıstan, 2,6% Gürcüstan, 2,4% Moldova, 2,2% Rusiya, 1,7% Türkiyə, 1,3% Nigeriya, 1,3% Qırğızıstan, 9,1% digər ölkə vətəndaşları olublar.

 

İl ərzində 4011 nəfər axtarışda olan şəxs tutulub, 269 nəfər saxta, 30 nəfər özgəsinin sənədi ilə və 20 nəfər gizli şəkildə sərhəd nəzarəti məntəqələrindən keçməyə cəhd edərkən saxlanılıb.

 

2015-ci il ərzində 5 milyon 242 min manat dəyərində qaçaqmal tutulub, 164 kq 858 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb, 21,1 ton yabanı halda bitmiş narkotik tərkibli bitki aşkarlanaraq məhv edilib.

 

Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 Azərbaycan, 1 əcnəbi vətəndaş, məxfi əməkdaşlığa cəlb olunmuş 2 Azərbaycan vətəndaşı müəyyən olunub, xaricdə münaqişə zonalarında döyüşmüş 11 Azərbaycan vətəndaşı saxlanılıb, qanunsuz miqrasiya, qaçaqmalçılıq, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 16 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.

 

Xəzər dənizində sərhəd rejiminə nəzarət məqsədilə Azərbaycana məxsus 73, Rusiyaya məxsus 19, İrana məxsus 6, Qazaxıstana məxsus 1 gəmiyə, Türkmənistana məxsus 6 gəmiyə, Azərbaycana məxsus 363 kiçik həcmli üzmə vasitəsinə baxış keçirilib. Azərbaycana məxsus 13 gəmi, digər dövlətlərə məxsus 4 gəmi və Azərbaycana məxsus 179 qayıq, o cümlədən 347 nəfər heyət üzvü barəsində zəruri tədbirlər görülüb. Hesabat dövründə DSX Sahil Mühafizəsi tərəfindən 4 halda dənizdə xilasetmə əməliyyatları keçirilmiş, 8 nəfər vətəndaş xilas edilib.

 

Sərhəd sularında keçirilmiş rejim tədbirləri zamanı dənizdə qanunsuz qurulmuş, üzmə vasitələrinin hərəkəti üçün təhlükəli olan balıq ovlama vasitələri – 18,8 min metr tor, 4 min ədəd qarmaq yığılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226572

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR