Türkiyədə Qarabağ parkı açılacaq

Türkiyədə Qarabağ parkı açılacaq
14:59 25 Dekabr 2015
23 Ölkə
Ölkə mətbuatı
A- A+

 

Boluda yaxın zamanlarda Qarabağ parkının açılışı olacaq.

Lent.az-ın məlumatına görə,  Boluda konfrans keçirən millət vəkili Qənirə Paşayeva  Bolu bələdiyyə başqanı Alaəddin Yılmazla görüşündə bələdiyyə başqanına bir neçə ay irəli sürülən bu təklifi dəstəkləyərək Qarabağ adının İstanbul yolu üzərindəki parka verilməsinə görə təşəkkür edib.

 

Millət vəkili Boluda belə bir parkın, orada sadəcə Qarabağda bitən Xarı Bülbül çiçəyi abidəsi üzərində Azərbaycandakı Xocalı Soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidədəki kimi acı çəkən, fəryad edən və dünyaya səslənən analar, Xan qızı Xurşudbanu Natavan, böyük şair Vaqif, Qarabağ muğam üçlüyü, Qarabağ və Şuşanın tarixi yerlərinin öz əksini tapacağının böyük önəmindən danışıb.

 

Q.Paşayeva Türkiyənin müxtəlif bölgələrində Qarabağ adını daşıyan park və abidələrin artmasının dosta da, düşmənə də bir mesaj olacağını bildirib: ”Həmçinin bu sayədə gənc nəsillərin ortaq tarix və həqiqətlərini dərindən öyrənməsində önəmli olacaq”.

 

Qarabağ problemi, Ermənistanın işğal edilmiş torpaqlarımızda törətdiyi vandalizm aktları, Xocalı soyqırımı barədə də danışan millət vəkili bildirib ki, “İnanıram ki, biz birlik və bərabərlik içində torpaqlarımızı Ermənistanın işğalından tezliklə azad edəcəyik və Dağlıq Qarabağda və bütün işğaldan azad edəcəyimiz o gözəl torpaqlarımızda da tədbirlər, görüşlər keçirəcəyik və Dağlıq Qarabağda da Bolu adına bir parkın açılışında iştirak etmək bizə nəsib olacaq”.

 

Bələdiyyə başqanı Alaəddin Yılmaz Qarabağ problemi bizim də, Türkiyənin də problemidir və Boluda Qarabağ adını daşıyacaq parkı yüksək səviyyədə düzəltmək də bizim borcumuzdur deyib: “iki qardaş ölkənin şəhərləri, bölgələri arasında əlaqələrin daha da genişləndirilməsinin önəmlidir və Bolu ilə Azərbaycan bölgələrindən birini qardaşlaşdırmaq niyyətindəyik ”.  

 

Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Bolu valisinə həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını, müəllifi olduğu kitablarla yanaşı Azərbaycanın tarixi, mədəniyyəti, Dağlıq Qarabağ həqiqətlərindən bəhs edən kitabları, matreialları, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu İB-nin hazırladığı “Azərbaycan Həqiqətləri” sənədli filmlər kataloqunu hədiyyə edib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226576

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR