Əli Həsənov: Azərbaycan dövləti KİV-lərin müstəqilliyinin gücləndirilməsi istiqamətində səylərini davam etdirəcək

Əli Həsənov: Azərbaycan dövləti KİV-lərin müstəqilliyinin gücləndirilməsi istiqamətində səylərini davam etdirəcək
15:03 25 Dekabr 2015
15 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycanlı tələbələrə saxta diplomların verilməsinin qarşısı alınacaq” - SƏFİR (07 Aprel 2017 12:19)
Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı əlil olmuş şəxslər üçün yüksək texnologiyalı protezlər hazırlanacaq (30 Mart 2017 18:27)
Müharibə əlilləri üçün yüksək texnologiyalı protezlər hazırlanacaq (30 Mart 2017 18:26)

Bakı. Trend:

Azərbaycan dövləti KİV-lərin müstəqilliyinin gücləndirilməsi istiqamətində səylərini davam etdirəcək. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dekabrın 25-də fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilən mərasimdə çıxışında deyib.

Ə.Həsənov qeyd edib ki, 2015-ci il Azərbaycan Milli Mətbuatı və ümumilikdə milli kütləvi informasiya vasitələri üçün uğurlu il olub və əlamətdar hadisələrlə yadda qalıb: "Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş söz və məlumat azadlığının daha da inkişaf etdirilməsi və KİV-lərin sərbəst fəaliyyətinə hərtərəfli dövlət dəstəyi sayəsində milli informasiya resurslarının kəmiyyət və keyfiyyət göstəriciləri daha da yüksəlib, onlar öz əhatə dairəsini və auditoriyasını genişləndirməyə müvəffəq olub, beynəlxalq informasiya məkanının fəal iştirakçısına çevriliblər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman Azərbaycan mediasının inkişafı məsələlərini diqqət mərkəzində saxlayıb, onun problemlərinə xüsusi həssaslıqla yanaşıb və kütləvi informasiya vasitələrinin hərtərəfli inkişafına zəruri dəstək verib".

Prezidentin köməkçisi bildirib ki, hazırda Azərbaycanda 5000-dən artıq KİV uçota götürülüb və ya müvafiq dövlət orqanında qeydiyyatdan keçib. Ölkədə 50-dən çox televiziya və radio kanalı, 300-ə yaxın dövri mətbu nəşri, 100-dən artıq jurnal, onlarla informasiya agentliyi, jurnalist təşkilatı, yayım şirkəti, 300-dən çox fəal internet saytı fəaliyyət göstərir: "Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” 02 iyun 2015-ci il tarixli sərəncamına əsasən Azərbaycan Milli Mətbuatının 140 illiyi ilə əlaqədar yubiley tədbirlərinin keçirilməsinə dair Tədbirlər Planı təsdiq olunub. Tədbirlər planına uyğun olaraq Zərdab, Masallı, Qəbələ, Quba rayonlarında və Gəncə şəhərində regional konfranslar keçirilib. Bundan başqa Bakı Dövlət Universiteti, Mədəniyyət və Turizm Nazirliyi, habelə rayon və şəhər icra hakimiyyətləri Milli Mətbuatın 140 illiyi ilə əlaqədar konfranslar təşkil ediblər".

Ə.Həsənov deyib ki, Azərbaycan Prezidentinin sərəncamına uyğun olaraq Azərbaycan Prezidenti Administrasiyasına redaksiyalardan və jurnalist təşkilatlarından KİV əməkdaşının dövlət mükafatlarına layiq görülməsi ilə bağlı 800-ə yaxın təqdimat daxil olub: "Azərbaycan Prezidentinin 15 iyul 2015-ci il tarixli sərəncamlarına əsasən Azərbaycan Milli Mətbuatının inkişafında xidmətlərinə görə 180 nəfər KİV əməkdaşına müxtəlif dövlət mükafatları və fəxri adlar verilib. Onlardan 2 nəfər Azərbaycan Prezidentinin təqaüdünə, 1 nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeninə, 4 nəfər 3-ci dərəcəli “Vətənə xidmətə görə” ordeninə, 44 nəfər “Əməkdar jurnalist” fəxri adına, 17 nəfər “Əməkdar mədəniyyət işçisi” fəxri adına, 91 nəfər “Tərəqqi” medalına və 21 nəfər Azərbaycan Prezidentinin Fəxri diplomuna layiq görülüblər. İyulun 22-də “Gülüstan” Sarayında keçirilmiş təntənəli mərasimdə mükafatlar həmin şəxslərə təqdim olunub, bundan başqa, KİV əməkdaşlarına Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Azərbaycan Mətbuat Şurası və ayrı-ayrı şirkətlərin qiymətli mükafatları verilib. İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvlərini qəbul edib və geniş nitq söyləyib. Dövlət başçısı Azərbaycan mətbuatının keçdiyi inkişaf yoluna nəzər salıb, kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi, mövcud problemlər və onların həlli ilə bağlı öz dəyərli fikirlərini bölüşüb".

Ə.Həsənov qeyd edib ki, kütləvi informasiya vasitələrinin əməkdaşları 2015-ci il noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərdə fəal iştirak edib, bir çox KİV nümayəndəsi öz namizədliyini irəli sürüb, onlardan 11 nəfəri Milli Məclisə deputat seçilib: "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu kütləvi informasiya vasitələrinə dövlət dəstəyini davam etdirib, 34 redaksiyaya yüksək məbləğdə maliyyə dəstəyi ayrılıb. Bundan başqa, Fond Novruz bayramı, Milli Mətbuat Günü və Yeni illə əlaqədar 3, habelə ayrı-ayrı dövlət orqanları ilə 8 fərdi jurnalist yazıları müsabiqəsi keçirib, yüzlərlə jurnalist pul mükafatlarına layiq görülüb".

O vurğulayıb ki, Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilib, ölkədə söz və məlumat azadlığının daha da inkişaf etdirilməsi, KİV-lərin müstəqilliyinin gücləndirilməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər davam etdirilib: "Azərbaycan Prezidentinin sərəncamına uyğun olaraq, jurnalistlər üçün inşa edilmiş 156 mənzillik binanın sənədləşdirmə işləri başa çatdırılıb və dekabrın 24-də jurnalistlərə müvafiq özəlləşmə sənədləri təqdim edilib. Jurnalistlər üçün digər 256 mənzillik binanın tikintisi davam etdirilir. 2016-cı ilə mənzillərin jurnalistlərə verilməsi planlaşdırılır".

Prezidentin köməkçisi bildirib ki, söz və məlumat azadlığı Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunun mühüm tərkib hissəsidir və qarşıdan gələn dövrdə də Azərbaycan dövləti KİV-lərin müstəqilliyinin gücləndirilməsi istiqamətində səylərini davam etdirəcək: "Lakin KİV-lər yaradılmış əlverişli şəraitdən sui-istifadə hallarına yol verməməli, daha peşəkar, məsuliyyətli olmalı, Azərbaycan cəmiyyətinin inkişafına, ümummilli məsələlərin həllinə dəyərli töhfələr verməlidirlər".

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Hər an başlaya bilər - MÜHARİBƏYƏ HAZIRLIQ

25 Aprel 2017 10:53

Türkiyə qırıcıları İraq və Suriyada əməliyyat keçirdi

25 Aprel 2017 10:52

Azərbaycan hotellərində də "halallıq" olacaq

25 Aprel 2017 10:52

"Kurtlar Vadisi Vatan"ın yayım tarixi bəlli oldu - FOTO

25 Aprel 2017 10:52

29 yaşlı Sinem Kobaldan GÖZLƏNİLMƏZ QƏRAR

25 Aprel 2017 10:48

Əflatun Amaşovun oğlu: "Jurnalist olmaq istəməmişəm" - FOTO

25 Aprel 2017 10:47

"İnter"dən futbolçulara maraqlı qadağa

25 Aprel 2017 10:47

Venesuela qan çanağına dönür: daha 3 ölü - FOTO

25 Aprel 2017 10:47

Bu il 6 ali məktəbin akkreditasiyası keçiriləcək

25 Aprel 2017 10:44

Əncirin İNANILMAZ FAYDALARI

25 Aprel 2017 10:43

Qulağınız ağrıyanda bu üsulu tətbiq edin

25 Aprel 2017 10:43

Azərbaycanlı futbolçunun toyu olub - FOTO

25 Aprel 2017 10:42

"28 may" metrosu yaxınlığında ÖLÜM

25 Aprel 2017 10:42

"Atam ömrünün son günündə üzümə belə, baxmadı, çünki..." - Tanınmış şairin qızı - FOTO

25 Aprel 2017 10:42

Azərbaycanlı deputat AŞPA-da erməniləri ifşa etdi

25 Aprel 2017 10:42

Bu küçələrdə hərəkət məhdudlaşacaq - SİYAHI

25 Aprel 2017 10:39

Bu küçələrdə üfüqi nişanlanma xətləri rənglənəcək

25 Aprel 2017 10:38

Daha bir türk serialı bu həftə bitir - FOTO

25 Aprel 2017 10:37

Kibercinayətkarlar mesaj və vacib məlumatların mübadiləsində hansı proqramlara üstünlük verirlər?

25 Aprel 2017 10:35

Prezident İlham Əliyev yeni səfirin etimadnaməsini qəbul etdi

25 Aprel 2017 10:35

"Neft hasilatı azaldılmalıdır" - NAZİR

25 Aprel 2017 10:34

Uşağı olmayanlar YANDI: YENİ VERGİ

25 Aprel 2017 10:33

32 yaşlı musiqiçi özünü hamamda boğdu - FOTO

25 Aprel 2017 10:32

Hollivud ulduzu oğrunu tutdu: "Məndən qaça bilməz" - FOTO

25 Aprel 2017 10:32

​ABŞ-ın atom sualtı qayıqları Şimali Koreyaya çatdı

25 Aprel 2017 10:32

DTX-ya yeni səlahiyyət verildi

25 Aprel 2017 10:29

Şuşaya gedən yol GÖRÜNDÜ - FOTO/VİDEO

25 Aprel 2017 10:28

Neft bahalaşır

25 Aprel 2017 10:27

Baş katib: "İƏT Azərbaycana qarşı erməni təcavüzünü qəti şəkildə pisləyir"

25 Aprel 2017 10:27

Bakıda "BMW" qaydaları pozdu: "Mercedes" ona çırpıldı - FOTO

25 Aprel 2017 10:27

Bu qabın içində nə hazırladıqlarını bilsəniz...

25 Aprel 2017 10:25

Bakı yaxınlığında ağır qəza: qadın öldü

25 Aprel 2017 10:24

ROK musiqisinin əfsanəsi REANİMASİYADA

25 Aprel 2017 10:23

Bir il sonra yenidən Premyer Liqada

25 Aprel 2017 10:22

Dəhşətli QƏZA: 27 nəfər öldü

25 Aprel 2017 10:22

Azərbaycan-Türkiyə birgə təlimlərində istifadə ediləcək silahlar nümayiş olundu - FOTO

25 Aprel 2017 10:18

İlahə robot müsahibə verə bilmədi

25 Aprel 2017 10:18

Yıldırım: "Avropa Türkiyəni İttifaqda üzv istəyib-istəməməsini konkretləşdirsin"

25 Aprel 2017 10:17

12 min müəllim imtahana çəkilir

25 Aprel 2017 10:17

Prezident İlham Əliyev Yaponiya səfirinin etimadnaməsini qəbul edib - FOTO

25 Aprel 2017 10:17

Bu gün İlkinin toyudur

25 Aprel 2017 10:17

Ədalət Şükürov 51 yaşını belə qeyd etdi - VİDEO

25 Aprel 2017 10:14

Tramp Azərbaycana maliyyə yardımını ləğv etməyi planlaşdırır

25 Aprel 2017 10:13

Azərbaycan neftinin qiyməti DƏYİŞDİ

25 Aprel 2017 10:12

"Ebru yanımda soyunub deyə bilirəm" - FOTO

25 Aprel 2017 10:12

Dollar sabit qaldı

25 Aprel 2017 10:10

“UNEC professorları ilə görüş şagirdlər üçün faydalıdır”

25 Aprel 2017 10:09

ABŞ-da bir gündə 2 nəfər bu üsulla edam edildi

25 Aprel 2017 10:08

"Spartak" azarkeşləri döyüldü

25 Aprel 2017 10:06

Manatın MƏZƏNNƏSİ

25 Aprel 2017 10:05