Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Kaliforniya Universitetinin professoru, Berkli Soft Computinq Mərkəzinin direktoru Lütfi Zadədən

İynəsiz peyvənd etməyə imkan verən qurğu hazırlanıb (13 Mart 2017 23:42)
Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir (13 Mart 2017 22:38)
Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə xanım Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir (13 Mart 2017 21:12)

Tarix: 25 Dekabr 2015 15:03


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Əziz Prezident İlham Əliyev,
Mən doğum gününüz münasibətilə Sizə ən xoş təbriklərimi çatdırmaq istərdim. Siz Azərbaycanı xalqın rifahı naminə ən yüksək bilik, siyasi bacarıq ilə idarə etmisiniz və hazırda da idarə edirsiniz. “Eurovision” mahnı müsabiqəsinin, ilk Avropa Oyunlarının və digər beynəlxalq tədbirlərin Sizin dəstəyinizlə keçirilməsi xüsusilə diqqətəlayiqdir.
Dünyada çaxnaşmaların baş verdiyi bir vaxtda Azərbaycan sülh və tərəqqi içində yaşayır. Bu, olduqca nəzərəçarpan nailiyyətdir.
Sizə və ailənizə Yeni il təbriklərimi, ən xoş arzularımı da çatdırmaq istərdim.
Azərbaycan və Azərbaycan xalqı qəlbimin ən isti hissəsindədir. Azərbaycanı mədəniyyətə, elmə, incəsənətə və ədəbiyyata dərin hörmət bəslənilən bir ölkəyə çevirmək üçün Sizin göstərdiyiniz təşəbbüslərdən və gördüyünüz işlərdən olduqca məmnunam. Sizin kimi bir lideri olduğu üçün Azərbaycan çox şanslıdır.
Ən dərin hörmət, ehtiram və xoş arzularla,
 
Lütfi Zadə
Kaliforniya Universitetinin professoru,
Berkli Soft Computinq Mərkəzinin direktoru

Teqlər:  Kaliforniya Universitetinin professoru Berkli Soft Computinq Mərkəzinin direktoru Lütfi Zadədən



RƏYLƏR


Top xəbərlər