“Devalvasiyanı gül-çiçəklə qarşıladım” – Aşıq Əhliman

“Devalvasiyanı gül-çiçəklə qarşıladım” – Aşıq Əhliman
15:06 25 Dekabr 2015
62 Şou
Ölkə mətbuatı
A- A+

“Azərbaycandakı bahalaşmanı güllə-çiçəklə qarşıladım”.

Axşam.az Aznews.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında Aşıq Əhliman deyib. Aşıq bahalaşmanın cəmiyyətə təsirlərindən danışıb:

“Bahalaşma əlbəttə ki, cəmiyyətə mənfi təsir göstərib. Bahalaşmadan kimin xoşu gələr ki? İnanıram ki, prezidentin gücünə bu da həll olunacaq”.

Aşıq sənət adamlarının toy qiymətlərini artırmasına da münasibət bildirib:

“Mən el sənətkaryam. Bu günə kimi bir adama qiymət oxumamışam, toy yiyəsinin gücü nəyə çatıb o pula da getmişəm. Sənətkarların qiyməti Milli Məclisdə təsdiq olunmayıb. Dolların artması, manatın aşağı düşməsinin bizim sənətə aidiyyəti yoxdur”.

Aşıq Əhlimanın fikrincə, sənət adamları toy sahiblərinə hörmət etməlidir:

“Elə toylara getmişəm baxmışam ki, kasıbdır, pulsuz oxuyub gəlmişəm. Elə sənətkarlar da var ki, yarım saatı 4-5 minə oxuyurlar. Ataların belə bir sözü var, “ayağını yorğanına görə uzat”. Toy sahibinin ağlı var, yarım saat üçün niyə 5 min verir?”

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43153

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR