Avstriyadakı “DİHAG” Holdinqin rəhbəri Artur Abdinovdan

15:08 25 Dekabr 2015
10 Digər
Ölkə mətbuatı
A- A+


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, hörmətli İlham Heydər oğlu,
Doğum gününüz və qarşıdan gələn bayramlar – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Sizə səmimi təbriklərimi çatdırmağa şadam. Bir daha bildirmək istəyirəm ki, şəxsən mən Sizin son 12 ildəki fəaliyyətinizi yüksək qiymətləndirir və dəstəkləyirəm. Bu illər ərzində Azərbaycan demokratiya, iqtisadi və sosial inkişaf yolunda inamla irəliləyib, ölkənin beynəlxalq aləmdə nüfuzu və hörməti artıb.
Sizin həmvətəniniz kimi, işləri uğurla gedən, Mərkəzi və Şərqi Avropada poladtökmə zavodları şəbəkəsi, Avstriya, Almaniya, İsveçrə, Rusiya, İsrail, ABŞ və Ukraynada Azərbaycanı dəfələrlə dəstəkləmiş və Sizin rəhbərliyinizlə onun uğurlarına sevinməkdə davam edən geniş əhatəli dostları, tərəfdaşları və həmfikirləri olan, vyanalı iri sənayeçi kimi Sizi əmin etmək istərdim ki, Vətənimizin maraqlarını bundan sonra da hər vasitə ilə təbliğ və müdafiə etməyə, onun firavanlaşmasına şərait yaratmağa hazıram.
Sizin Avstriyaya rəsmi səfəriniz çərçivəsində Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı zamanı qısa söhbətimizi dərin məmnunluq hissi ilə xatırlayıram.
Cənab Prezident, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, ailə səadəti və firavanlıq arzu edirəm.
Dərin hörmətlə,

Artur Abdinov
Avstriyadakı “DİHAG” Holdinqin rəhbəri

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Avstriyadaki_DIHAG_Holdinqin_rehberi_Artur_Abdinovdan-914333

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR