BANM-ın rəsmi saytı Milli Net 2015 müsabiqəsində uğur qazanıb

BANM-ın rəsmi saytı Milli Net 2015 müsabiqəsində uğur qazanıb
15:08 25 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, AZƏRTAC 
Bakı Ali Neft Məktəbinin (BANM) rəsmi veb-səhifəsi olan www.bhos.edu.az Milli İnternet Mükafatı - Milli Net 2015 müsabiqəsində fəal iştirak edərək II yeri tutub.
Bakı Ali Neft Məktəbindən AZƏRTAC-a bildiriblər ki BANM-ın Elektron tədris şöbəsinin rəisi Şərif Xurşudova www.bhos.edu.az saytının Milli İnternet Mükafatı – Milli Net 2015-in elm və təhsil nominasiyası üzrə diplom təqdim olunub.
Xatırladaq ki, dörd ay müddətində keçirilən Milli Net 2015 yarışmasında 14 nominasiya üzrə 299 internet resursu iştirak edib. Azərbaycan İnternet Forumu tərəfindən formalaşdırılan münsiflər heyəti BANM-ın rəsmi saytını 97 nominant arasından II yerə layiq görüb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/BANM_in_resmi_sayti_Milli_Net_2015_musabiqesinde_ugur_qazanib-914331

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR