Aşıq Namiq yeni ildə bahalı avtomobil hədiyyə edəcək

Aşıq Namiq yeni ildə bahalı avtomobil hədiyyə edəcək
15:12 25 Dekabr 2015
61 Digər
Ölkə mətbuatı
A- A+

Aşıq Namiq Fərhadoğlunun təqdimatında ilk dəfə "Köklə sazı" adlı veriliş Dünya TV-nin efirində yayımlanacaq. Milli.Az xəbər verir ki, big.az-a bu barədə aşıq özü məlumat verib: 

"Heç bir kanalda bu günə kimi belə bir yarışma keçirilməyib. İlk efir yanvar ayının 13-ü olacaq. Saza, sözə qiymət verdiyim, hörmət etdiyim üçün bu gün bu cür yarışmanı keçirtməyə razı oldum. Öz hesabıma layihəni Dünya TV efirində yayımladacam. Gənc aşıqlara hər zaman dəstəyəm. Özüm də müəllim kimi fəaliyyət göstərirəm. Verilişimdə qalib gələn ifaçını avtomobil hədiyyəsi gözləyir. Yeni ildə yeni avtomobil hədiyyəsi hər kəsin ürəyincə olar, yəqin ki... Çox gözəl fürsətdi və əminəm ki, çox yaxşı reytinq verən layihə olacaq".

Qeyd edək ki, Azərbaycanda ilk dəfədir ki, öz təşəbbüsü ilə hər hansı aşıq belə bir layihə gerçəkləşdirir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/393066.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR