Azad Rəhimov: 2015-ci il gənclər və idman sahəsində ölkəmiz üçün uğurlu il olub

15:13 25 Dekabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+

Moldova prezidenti Formula 1 Paddokunda olub (23 İyun 2017 17:39)
Yusuf Məmmədəliyev: "İlham Əliyev və Birinci-vitse prezident Mehriban Əliyeva tərəfindən həyata keçirilən siyasət sayəsində uğur qazanan məhz gənclik olacaq" (19 İyun 2017 12:12)
Yusuf Məmmədəliyev: İlham Əliyev və Birinci-vitse prezident Mehriban Əliyeva tərəfindən həyata keçirilən siyasət sayəsində uğur qazanan məhz gənclik olacaq (19 İyun 2017 11:55)


Bakı, 25 dekabr, Səxavət Quliyev, AZƏRTAC
Yola saldığımız il gənclər və idman sahəsində ölkəmiz üçün uğurlu il olub.
AZƏRTAC xəbər verir ki, bu sözləri dekabrın 25-də 2015-ci ilin idman yekunları ilə bağlı təşkil olunan mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir bildirib ki, dünyada idman ölkəsi kimi tanınan Azərbaycan cari ildə “Bakı-2015” birinci Avropa Oyunlarını yüksək səviyyədə təşkil etməklə beynəlxalq arenada diqqət mərkəzinə çevrildi. Ümumilikdə 20 idman növü üzrə keçirilən Oyunlarda Azərbaycan 291 idmançı ilə təmsil olundu və 56 medal qazanmaqla ümumi komanda hesabında ikinci oldu. “Bakı-2015”in mərasimləri və idman yarışlarına tamaşaçılar tərəfindən 650 mindən artıq bilet alınmışdı.
Gələn il ölkəmizdə “Formula-1” üzrə Avropa Qran-pri yarışları, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatı və Ümumdünya Şahmat Olimpiadasının keçiriləcəyini diqqətə çatdıran nazir atletlərimizin “Rio-2016” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışlarda uğurla çıxış etdiyini bildirib.
Azad Rəhimov qeyd edib ki, Londonda keçirilən Olimpiya Oyunlarında Azərbaycan 53 idmançı ilə təmsil olunmuşdu. Gələn il təşkil olunacaq Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına indiyədək 29 lisenziya qazanılıb. Atletlərimiz planetin mötəbər yarışına 50-dən artıq lisenziya əldə edə bilərlər. İlin əvvəlində Olimpiya Oyunlarına hazırlıqla bağlı görüş keçiriləcək. Həmin görüşdə lisenziya qazanmaq ehtimalı yüksək olan idman növləri barədə müzakirələr aparılacaq, bu istiqamətdə təlimatlar veriləcək. Braziliyada da ölkəmizin geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunacağını diqqətə çatdıran nazir atletlərimizin Olimpiya Oyunlarına hazırlığı üçün lazımi şəraitin yaradıldığını diqqətə çatdırıb.
Yola saldığımız ildə Azərbaycan idmançıları irimiqyaslı beynəlxalq turnirlərdə 823 medal qazanıblar. Bu medallardan 321-i qızıl, 222-si gümüş, 280-i isə bürüncdür. 2015-ci ildə respublikamızda fəaliyyət göstərən federasiyalarla birlikdə Azərbaycanda 200-dən çox yarış təşkil olunub. Cari ildə Azərbaycan 46 beynəlxalq turnirə yüksək səviyyədə ev sahibliyi edib. Xarici ölkələrdə keçirilmiş 196 beynəlxalq turnirdə yığma komandalarımızın iştirakı təmin olunub. Müxtəlif idman növləri üzrə yığma komandaların hər biri 12 gündən az olmayaraq 101 təlim-məşq toplanışında iştirak ediblər. Təlim-məşq toplanışlarından 65-i Azərbaycanda, 36-sı isə xarici ölkələrdə təşkil olunub. Bu hazırlıq proseslərində ümumilikdə 6 min idmançı iştirak edib.
Nazir deyib: “Bu il Azərbaycanda gənclərlə iş sahəsində 91 tədbir keçirilib. Bunlardan 76-sı yerli, 15-i isə beynəlxalq səviyyəli tədbir olub. 199 gənc xarici ölkələrə ezam edilib. Həmçinin 771 əcnəbi gənc Azərbaycana səfər edib. İl ərzində elm, təhsil, mədəniyyət, ədəbiyyat və ictimai fəaliyyət sahələrində fərqlənmiş 6 gənc “Gənclər üçün Prezident mükafatı” ilə təltif edilib. Eyni zamanda, 17 istedadlı və yaradıcı gənc, 9 qeyri-hökumət təşkilatı və 4 tələbə gənclər təşkilatı Gənclər və İdman Nazirliyinin mükafatlarına layiq görülüb”.
Sonda jurnalistlərin sualları cavablandırılıb.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Meymunun rəqsi sosial şəbəkədə paylaşım rekordu qırdı - VİDEO

23 İyun 2017 23:28

İlanı burnundan salıb ağzından çıxartdı - VİDEO

23 İyun 2017 23:27

Qum prosedurları sağaldır və arıqladır

23 İyun 2017 23:27

Ağ Ev: "Trampla Putinin Hanburqda görüşəcəyi istisna edilmir"

23 İyun 2017 23:22

Məşhur simalar bir arada - FOTO

23 İyun 2017 23:22

Sizcə, bunlar nədir? - FOTO

23 İyun 2017 23:12

Silvestr Stallonenin qızı fenomen oldu - FOTO

23 İyun 2017 23:12

İlan sancması zamanı görülməli vacib tədbirlər

23 İyun 2017 23:12

Ağ Ev: Putinlə Trampın görüşü istisna edilmir

23 İyun 2017 23:07

Telefonlar sidiklə enerji yığacaq - ŞOK KƏŞF - FOTO

23 İyun 2017 23:05

17 yaşlı qız sirkə turşusundan zəhərləndi - Daşkəsəndə

23 İyun 2017 23:04

“Stress çarxı”ndan sonra daha bir TƏHLÜKƏLİ OYUNCAQ - “MİNİ OXATAN” - FOTOLAR

23 İyun 2017 23:03

Fransa millisinin keçmiş üzvü “Qəbələ”də

23 İyun 2017 22:59

Xoşbəxtliyin əsas səbəblərindən biri

23 İyun 2017 22:57

İlan itini sancmasın deyə özünü fəda etdi

23 İyun 2017 22:57

Fransa yığmasının sabiq futbolçusu "Qəbələ"də -

23 İyun 2017 22:57

Bakıda Siyasi Psixologiya Mərkəzində yaradıcılığın psixologiyası ilə bağlı təlim keçirilib (FOTO)

23 İyun 2017 22:55

Bu adam 32 dildə danışır

23 İyun 2017 22:52

Yeni doğulmuş körpənin dərisində ləkələr varsa... - DÜZGÜN QULLUQ QAYDALARI

23 İyun 2017 22:47

Hidrokolonoterapiya nədir?

23 İyun 2017 22:47

Mingəçevirdə iki yaşlı körpə dərmandan zəhərlənib

23 İyun 2017 22:47

İŞİD-i maliyyələşdirən şəxs öldürüldü

23 İyun 2017 22:47

Boksçumuz Avropa çempionatının FİNALINDA

23 İyun 2017 22:43

Yetkinlik dövründə edilən bu səhv görün nə ilə nəticələnir?

23 İyun 2017 22:42

DƏHŞƏT: Bakıda SÜRƏT QATARI piyada qızı vurdu - HƏMİN ANIN VİDEOSU

23 İyun 2017 22:42

Anasını ilk dəfə görən uşaq hər kəsi təsirləndirdi - VİDEO

23 İyun 2017 22:42

Gədəbəydə inək sahibini vurdu

23 İyun 2017 22:39

6 aylıq körpəsini öldürdü - 12 il idi uşağı olmurdu - FOTO

23 İyun 2017 22:37

Tarkanın konsertindən İLK GÖRÜNTÜLƏR - FOTO/VİDEO

23 İyun 2017 22:33

Uşaq kosmetikası: Bu vasitələrin istifadəsi nə dərəcədə düzgündür? - VİDEO

23 İyun 2017 22:32

Möcüzəvi sənət işləri - FOTO

23 İyun 2017 22:32

Mingəçevirdə məcburi köçkünlər arasında kütləvi dava olub: xəsarət alanlar var

23 İyun 2017 22:27

DƏHŞƏT: Bakıda SÜRƏT QATARI piyada qızı vurdu

23 İyun 2017 22:27

Mənzil üçün müraciət edən jurnalistlərin sayı açıqlandı

23 İyun 2017 22:23

Sinəsini böyüdən TÜRKİYƏLİ ULDUZLAR - FOTO

23 İyun 2017 22:17

Pişiklər sahibinin səsini tanıyır

23 İyun 2017 22:12

Ayaqqabıları bir ölçü böyütməyin sadə üsulu - FOTO

23 İyun 2017 22:12

Milyarderi ayağına gətirən, adını dəfələrlə dəyişən, dünyada "at oynadan" qadın - FOTO

23 İyun 2017 22:12

Azərbaycan neftinin son qiyməti - Cüzi ucuzlaşıb

23 İyun 2017 22:08

Pakistanın şimal-qərbində partlayışlarda ölənlərin sayı 25-ə çatıb

23 İyun 2017 22:08

Formula 1 üzrə Azərbaycan Qran Prisinin ikinci sərbəst yürüşü maraqlı anlarla yadda qalıb

23 İyun 2017 22:07

Qarpız üçün bazara gedənlərin nəzərinə: EHTİYATLI OLUN! - VİDEO

23 İyun 2017 22:05

İnək qadına xəsarət yetirib

23 İyun 2017 22:05

Bakıda təhlükəli anlar - VİDEO

23 İyun 2017 22:05

Təcili yardım maşını qəza törətdi - sürücü yaralandı

23 İyun 2017 21:59

Çimərlik aşiqləri üçün - Dünyanın ən mavi yerləri - FOTO

23 İyun 2017 21:57

Avropa çempionatı:

23 İyun 2017 21:57

Azərbaycanda dəhşətli mənzərə: su kanalına heyvan leşləri atılır - VİDEO

23 İyun 2017 21:52

Azərbaycan boksçusu Kamran Şahsuvarlı finala vəsiqə qazanıb

23 İyun 2017 21:47

Dünyanın ən qeyri-adi bulaqları - "Unitaz şəlaləsi, Qayıq Bulağı" - FOTO

23 İyun 2017 21:47