Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

NBA-da möhtəşəm Milad gecəsi: "Qolden Steyt Uorriors" "Klivlend Kavalyers"ə qarşı

NBA-da möhtəşəm Milad gecəsi: "Qolden Steyt Uorriors" "Klivlend Kavalyers"ə qarşı

Date: 25 December 2015 15:16

Bu gün xristian ölkələrində Milad bayramı qeyd olunur.


NBA da bayramdan kənar qalmayacaq. Metbuat.az-ın xəbərinə görə, həmişə olduğu kimi, bu səfər də Millİ Basketbol Assosasiyasının müntəzəm çempionatında Milad gününə özəl matçlar oynanılacaq. İlk görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. "Mayami Hit" "Nyu-Orlean Pelikans"la qarşılaşacaq. Daha sonra "Oklahoma Siti Tander" - "Çikaqo Bulls" oyunu start götürəcək.

Günün mərkəzi matçı son finalçılar - "Qolden Steyt Uorriors" "Klivlend Kavalyers" arasında oynanılacaq. Sözügedən oyunlarla yanaşı, "Hyuston Rokets" - "San Antonio Spörs""Los Anceles Leykers" - "Los Anceles Klippers" qarşılaşmaları da NBA-nın Milad təqviminə daxildi.

NBA-nın Milad təqvimi:

21:00. "Mayami Hit" "Nyu-Orlean Pelikans"

23:30. "Oklahoma Siti Tander" - "Çikaqo Bulls"

02:00. "Qolden Steyt Uorriors" - "Klivlend Kavalyers"

05:00. "Hyuston Rokets" - "San Antonio Spörs"

07:30. "Los Anceles Leykers" - "Los Anceles Klippers"


Tags:  NBA Milad bayramı Qolden Steyt Uorriors Klivlend Kavalyers

RƏYLƏR


Top news