Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Azərbaycanda müğənni özünü öldürdü (VİDEO)

Azərbaycanda müğənni özünü öldürdü (VİDEO)

Date: 25 December 2015 15:21

Bakıda intihar hadisəsi baş verib. 25 yaşlı müğənni özünü binadan atıb.

Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olub, paytaxtın Bakıxanov qəsəbəsi, Y. Əliyev ev 1, mənzil 23-də yaşayan, 1989-cu il təvəllüdlü Elvin Ramazan oğlu Quliyev özünü yaşadığı binanın 5-ci mərtəbəsindəki evin eyvanından ataraq intihar edib.

Ağır bədən xəsarətləri alan gənci 3 saylı şəhər xəstəxanasına çatdırsalar da onun həyatını xilas etmək mümkün olmayıb. Elvin Quliyev aldığı xəsarətlərin ağırlığından xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon prokurorluğunda cinayət məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, intihar edən Elvin Quliyev ifaçıdır. O, Elvin Ordubadlı kimi tanınır. Müğənni "Azərbaycanın səsi" musiqi yarışmasının qalibi olub. Bundan başqa, 2014-cü ildə Azərbaycanı "Türkvision" musiqi yarışmasında təmsil edib. Həmin yarışmada Elza Seyidcahanın bəstələdiyi "Divlərin yalnızlığı" mahnısını ifa edib.

Dünyasını dəyişən müğəninin iki azyaşlı qız övladı var.


Ellvin Ordubadlının ifa etdiyi mahnı

Tags:  Azərbaycanda müğənni özünü öldürdü VİDEO

RƏYLƏR


Top news