Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Süni bahalaşmaya qarşı reydlər başladı

Süni bahalaşmaya qarşı reydlər başladı

Date: 25 December 2015 15:22

Manatın kursunda baş vermiş dəyişiklikdən sonra müşahidə edilən süni qiymət artımının qarşısını almaq üçün real tədbirlərə başlanılıb.

Trend-in məlumatına görə, artıq İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları tərəfindən ticarət obyektlərində reydlər aparılaraq satışdakı malların qiymətlərinin monitorinqi həyata keçirilir. Xidmət əməkdaşları ehtiyac olduğu təqdirdə məhsulların üzərindəki süni qiymətləri dəyişdirib yenisi ilə əvəz edirlər.

Qeyd edək ki, manatın kursunda baş vermiş dəyişiklikdən sonra süni qiymət artımı, məqsədli məhsul qıtlığı yaradılması və digər sui-istifadə cəhdlərinin qarşısının alınması üçün İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə Tədbirlər Planı hazırlanır.

Süni qiymət artımı və məhsul-qıtlığı yaratmaqla vəziyyətdən sui-istifadə edən təsərrüfat subyektləri barədə, habelə inhisarçılıq və korrupsiya kimi neqativ halların vaxtında aşkar edilərək qarşısının alınması məqsədi ilə tədbirlər həyata keçirilməklə qanun pozuntularına yol vermiş şəxslər barəsində ən ciddi tədbirlər görüləcək.

Milli.Az


Tags:  Süni bahalaşmaya qarşı reydlər başladı


RƏYLƏR


Top news