"Azərbaycan dövləti KİV-lərin müstəqilliyinin gücləndirilməsi istiqamətində səylərini davam etdirəcək"

"Azərbaycan dövləti KİV-lərin müstəqilliyinin gücləndirilməsi istiqamətində səylərini davam etdirəcək"
15:22 25 Dekabr 2015
8 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan dövləti KİV-lərin müstəqilliyinin gücləndirilməsi istiqamətində səylərini davam etdirəcək.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dekabrın 25-də fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilən mərasimdə çıxışında deyib.

Ə.Həsənov qeyd edib ki, 2015-ci il Azərbaycan Milli Mətbuatı və ümumilikdə milli kütləvi informasiya vasitələri üçün uğurlu il olub və əlamətdar hadisələrlə yadda qalıb: "Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş söz və məlumat azadlığının daha da inkişaf etdirilməsi və KİV-lərin sərbəst fəaliyyətinə hərtərəfli dövlət dəstəyi sayəsində milli informasiya resurslarının kəmiyyət və keyfiyyət göstəriciləri daha da yüksəlib, onlar öz əhatə dairəsini və auditoriyasını genişləndirməyə müvəffəq olub, beynəlxalq informasiya məkanının fəal iştirakçısına çevriliblər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman Azərbaycan mediasının inkişafı məsələlərini diqqət mərkəzində saxlayıb, onun problemlərinə xüsusi həssaslıqla yanaşıb və kütləvi informasiya vasitələrinin hərtərəfli inkişafına zəruri dəstək verib".

Prezidentin köməkçisi bildirib ki, hazırda Azərbaycanda 5000-dən artıq KİV uçota götürülüb və ya müvafiq dövlət orqanında qeydiyyatdan keçib. Ölkədə 50-dən çox televiziya və radio kanalı, 300-ə yaxın dövri mətbu nəşri, 100-dən artıq jurnal, onlarla informasiya agentliyi, jurnalist təşkilatı, yayım şirkəti, 300-dən çox fəal internet saytı fəaliyyət göstərir: "Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında" 02 iyun 2015-ci il tarixli sərəncamına əsasən Azərbaycan Milli Mətbuatının 140 illiyi ilə əlaqədar yubiley tədbirlərinin keçirilməsinə dair Tədbirlər Planı təsdiq olunub. Tədbirlər planına uyğun olaraq Zərdab, Masallı, Qəbələ, Quba rayonlarında və Gəncə şəhərində regional konfranslar keçirilib. Bundan başqa Bakı Dövlət Universiteti, Mədəniyyət və Turizm Nazirliyi, habelə rayon və şəhər icra hakimiyyətləri Milli Mətbuatın 140 illiyi ilə əlaqədar konfranslar təşkil ediblər".

Ə.Həsənov deyib ki, Azərbaycan Prezidentinin sərəncamına uyğun olaraq Azərbaycan Prezidenti Administrasiyasına redaksiyalardan və jurnalist təşkilatlarından KİV əməkdaşının dövlət mükafatlarına layiq görülməsi ilə bağlı 800-ə yaxın təqdimat daxil olub: "Azərbaycan Prezidentinin 15 iyul 2015-ci il tarixli sərəncamlarına əsasən, Azərbaycan Milli Mətbuatının inkişafında xidmətlərinə görə 180 nəfər KİV əməkdaşına müxtəlif dövlət mükafatları və fəxri adlar verilib. Onlardan 2 nəfər Azərbaycan Prezidentinin təqaüdünə, 1 nəfər 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeninə, 4 nəfər 3-ci dərəcəli "Vətənə xidmətə görə" ordeninə, 44 nəfər "Əməkdar jurnalist" fəxri adına, 17 nəfər "Əməkdar mədəniyyət işçisi" fəxri adına, 91 nəfər "Tərəqqi" medalına və 21 nəfər Azərbaycan Prezidentinin Fəxri diplomuna layiq görülüblər. İyulun 22-də "Gülüstan" Sarayında keçirilmiş təntənəli mərasimdə mükafatlar həmin şəxslərə təqdim olunub, bundan başqa, KİV əməkdaşlarına Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Azərbaycan Mətbuat Şurası və ayrı-ayrı şirkətlərin qiymətli mükafatları verilib. İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvlərini qəbul edib və geniş nitq söyləyib. Dövlət başçısı Azərbaycan mətbuatının keçdiyi inkişaf yoluna nəzər salıb, kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi, mövcud problemlər və onların həlli ilə bağlı öz dəyərli fikirlərini bölüşüb".

Ə.Həsənov qeyd edib ki, kütləvi informasiya vasitələrinin əməkdaşları 2015-ci il noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərdə fəal iştirak edib, bir çox KİV nümayəndəsi öz namizədliyini irəli sürüb, onlardan 11 nəfəri Milli Məclisə deputat seçilib: "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu kütləvi informasiya vasitələrinə dövlət dəstəyini davam etdirib, 34 redaksiyaya yüksək məbləğdə maliyyə dəstəyi ayrılıb. Bundan başqa, Fond Novruz bayramı, Milli Mətbuat Günü və Yeni illə əlaqədar 3, habelə ayrı-ayrı dövlət orqanları ilə 8 fərdi jurnalist yazıları müsabiqəsi keçirib, yüzlərlə jurnalist pul mükafatlarına layiq görülüb".

O vurğulayıb ki, Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilib, ölkədə söz və məlumat azadlığının daha da inkişaf etdirilməsi, KİV-lərin müstəqilliyinin gücləndirilməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər davam etdirilib: "Azərbaycan Prezidentinin sərəncamına uyğun olaraq, jurnalistlər üçün inşa edilmiş 156 mənzillik binanın sənədləşdirmə işləri başa çatdırılıb və dekabrın 24-də jurnalistlərə müvafiq özəlləşmə sənədləri təqdim edilib. Jurnalistlər üçün digər 256 mənzillik binanın tikintisi davam etdirilir. 2016-cı ilə mənzillərin jurnalistlərə verilməsi planlaşdırılır".

Prezidentin köməkçisi bildirib ki, söz və məlumat azadlığı Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunun mühüm tərkib hissəsidir və qarşıdan gələn dövrdə də Azərbaycan dövləti KİV-lərin müstəqilliyinin gücləndirilməsi istiqamətində səylərini davam etdirəcək: "Lakin KİV-lər yaradılmış əlverişli şəraitdən sui-istifadə hallarına yol verməməli, daha peşəkar, məsuliyyətli olmalı, Azərbaycan cəmiyyətinin inkişafına, ümummilli məsələlərin həllinə dəyərli töhfələr verməlidirlər".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Amerikalı hərbçilərin axtarışı davam edir

22 Avqust 2017 01:50

Fəxriyyə Xələfova: Mən bu gözəlliyi dünya ilə paylaşmaq istəyirəm

22 Avqust 2017 01:28

Nəhəng asteroid Yer kürəsinin 7 milyon km yaxınından keçəcək

22 Avqust 2017 01:28

“Barselona”dan ayrıla biləcəyimi düşünürəm" -

22 Avqust 2017 01:10

İtaliyada zəlzələ olub, xəsarət alanlar var

22 Avqust 2017 00:47

Türkiyə və İran PKK-ya qarşı birləşir

22 Avqust 2017 00:44

Xəyanət edən ərindən belə qisas aldı - FOTO

22 Avqust 2017 00:28

Livan ordusu İŞİD rəhbərlərindən birini həbs edib

22 Avqust 2017 00:27

Türkiyədə dəhşətli terror aktının qarşısı alındı

22 Avqust 2017 00:19

Kapitan üçün əlamətdar tur -

22 Avqust 2017 00:18

Vasif Talıbov sərhəd xidmətində səmərəli fəaliyyətlərinə görə bir sıra şəxsləri təltif edib

22 Avqust 2017 00:12

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08

Rusiyanın Krasnodar vilayətində vertolyot qəzaya uğrayıb

22 Avqust 2017 00:02

Ölənlərin sayı 500 nəfəri ötdü -

21 Avqust 2017 23:55

Valideynlərin nəzərinə: Uşaqlar arasında yoluxucu VİRUS YAYILIB

21 Avqust 2017 23:48

Rostovda yanğında 36 nəfər xəsarət alıb

21 Avqust 2017 23:35

Rostov vilayətində fövqəladə vəziyyət

21 Avqust 2017 23:34

Rostovda baş vermiş yanğında xəsarət alanların sayı 36 nəfərə çatıb

21 Avqust 2017 23:27

Gəncədə 27 yaşlı oğlan bıçaqlandı

21 Avqust 2017 23:24

“VAZ” 15 baş qoyunu vurdu - İsmayıllıda

21 Avqust 2017 23:19

Həm qanunsuzdur, həm də təhlükəli - elektriklə balıq ovlanılır - VİDEO

21 Avqust 2017 23:18

Gəncədə 27 yaşlı gənc tanışı tərəfindən bıçaqlanıb

21 Avqust 2017 23:17

Gürcüstanda meşə yanğınları tüğyan edir -

21 Avqust 2017 23:10

Əfqanıstanın paytaxtı Kabildə partlayış olub

21 Avqust 2017 23:07

Ukrayna üzrə ABŞ-Rusiya görüşü başa çatdı

21 Avqust 2017 23:03

Abşeronda qəza -

21 Avqust 2017 22:58

Müşviqabadda qəza - 2 yaralı

21 Avqust 2017 22:54

Barselona terrorunda şübhəli bilinən əsas şəxs saxlanılıb

21 Avqust 2017 22:48

İraqın Tall-Afar şəhərini 40 min dinc sakin tərk edib

21 Avqust 2017 22:47

Saakaşvili Avropanın bir neçə ölkəsinin ona vətəndaşlıq verməyə hazır olduğunu bildirib

21 Avqust 2017 22:42

Qırğızıstan hökuməti istefa verib

21 Avqust 2017 22:30

Şəbnəm bağ evini nümayiş etdirdi – FOTOLAR

21 Avqust 2017 22:28

FHN Gürcüstana yanğının söndürülməsi üçün ikinci HELİKOPTER GÖNDƏRDİ

21 Avqust 2017 22:18

Filippində silahlı hücum -

21 Avqust 2017 22:12

Günelin nişanlısı ilə barışması təsdiqini tapdı - FOTOFAKT

21 Avqust 2017 22:03

Tam Günəş tutulması başladı - CANLI YAYIM

21 Avqust 2017 21:49

Moskva SSRİ-nin cinayətləri üçün cavab verəcək: trilyonluq TƏZMİNAT TƏLƏBİ

21 Avqust 2017 21:48

Rostovda güclü yanğın

21 Avqust 2017 21:45

Sankt-Peterburqda “Qazprom” şirkətinin rəhbəri ilə SOCAR prezidenti arasında görüş keçirilib

21 Avqust 2017 21:42

Macarıstan sərhədini qanunsuz keçmək istəyən 162 qaçqın saxlanılıb

21 Avqust 2017 21:32

Qoz piylənmənin qarşısını almağa kömək edir

21 Avqust 2017 21:28

Ali məktəblərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

21 Avqust 2017 21:19

Keçmiş prezident: “Bu, müharibənin əsas səbəbi oldu”

21 Avqust 2017 21:13

Məktəbli ləvazimatlarının yarmarkaları açıldı - mağazalar arasında qiymət fərqi - VİDEO

21 Avqust 2017 20:58

VİDEO:Qardaşını sevdiyi qızla bir yerdə tutdu -

21 Avqust 2017 20:55

Rusiya SSRİ-dən qalan son borcunu ödədi

21 Avqust 2017 20:53

Növbəti İKT qrant müsabiqəsində kompleks ekspertiza mərhələsinə yekun vurulub

21 Avqust 2017 20:52

İmişli sakini özünü asdı

21 Avqust 2017 20:39

Avropadan Sakit okeana qədər dəmiryolu çəkilir

21 Avqust 2017 20:37

"İlk oyundan sonra “Qarabağ”ı favorit adlandırmaq olar" -

21 Avqust 2017 20:30