Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 8 santimetr artıb

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 8 santimetr artıb
15:23 25 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, AZƏRTAC
Dekabrın 25-də Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-150, Kiçik Qafqazın çaylarında 160-170, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-70 faizini təşkil edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 santimetr artım müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 162 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində dəyişiklik baş verməyib. Bu məntəqədə su sərfi saniyədə 48 kubmetr olub.
Kür çayının aşağı axınında da suyun səviyyəsində mühüm dəyişiklik qeydə alınmayıb. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 6 santimetr azalma qeydə alınıb.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 436, Şirvanda 323, Salyanda 304, Bankədə 219, Novruzlu məntəqəsində isə 165 santimetrdir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kur_chayinin_Qiraqkesemen_menteqesinde_suyun_seviyyesi_8_santimetr_artib-914344

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR