Avropa çempionu Nazim Babayev ilin ən yaxşı atleti seçilib

15:23 25 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, Həsrət Mahmudova, AZƏRTAC
Dekabrın 25-də Milli Olimpiya Komitəsində (MOK) Azərbaycan Atletika Federasiyasının (AAF) 2015-ci ildəki yekunları ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən MOK-un vitse-prezidenti, AAF-ın prezidenti Çingiz Hüseynzadə ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb, atletlərimizin beynəlxalq arenada qazandığı nailiyyətlərdən söz açıb.
AAF-ın vitse-prezidenti Tofiq Qarayev, milli komandanın baş məşqçisi Məhərrəm Sultanzadə və başqaları ölkəmizdə atletika idman növü üzrə əldə olunan uğurlar barədə məlumat verib. İdmançılarımızın “Rio-2016”ya ciddi hazırlaşdıqları vurğulanıb və Olimpiya Oyunlarına lisenziyaların sayının artırılacağına əminlik ifadə olunub.
Sonra ilin yekunlarına görə, Avropa çempionu Nazim Babayev (üç təkanla tullanma) ən yaxşı idmançı, Ziyad Xalfayev isə ən yaxşı məşqçi seçilib və mükafatlandırılıblar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Avropa_chempionu_Nazim_Babayev_ilin_en_yaxsi_atleti_sechilib-914342

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR