Əli Həsənov: Azərbaycan dövlətinin siyasətinin əsasında vətəndaş və onun inkişafı, dövlətin müdafiəsi və mühafizəsi dayanır

Əli Həsənov:  Azərbaycan dövlətinin siyasətinin əsasında vətəndaş və onun inkişafı, dövlətin müdafiəsi və mühafizəsi dayanır
15:28 25 Dekabr 2015
9 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev - Trend:

“Qarşıdan gələn il o qədər də asan olmayacaq. Bilirsiniz ki, son dövrdə dünyada və xüsusən dünyanın neft bazarında yaşanan proseslər, neft bazarındakı konyektura, əsas neft ölkələri kimi Azərbaycanın da qarşısında müəyyən problemlər yaradıb”.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dekabrın 25-də fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilən mərasimdə çıxışında deyib.

Ə.Həsənov bildirib ki, buna baxmayaraq Azərbaycan bu vəziyyətdən də çıxacaq: “Bu vəziyyətdən çıxmaq istiqamətində mühüm dövlət proqramları mövcuddur”.

Ə.Həsənov qeyd edib ki, Azərbaycan dövlətinin siyasətinin əsasında Azərbaycan vətəndaşı və onun inkişafı, dövlətin müdafiəsi və mühafizəsi dayanır.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2474206.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR