"Çətin olacaq, amma Azərbaycan bu vəziyyətdən çıxacaq" - Əli Həsənov

"Çətin olacaq, amma Azərbaycan bu vəziyyətdən çıxacaq" - Əli Həsənov
15:29 25 Dekabr 2015
30 Ölkə
Ölkə mətbuatı
A- A+

“Jurnalistlərimizi ilk növbədə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni il münasibəti ilə təbrik edirəm. Gələn il çətin il olacaq, dünya neft bazarındakı vəziyyət Azərbaycana da təsir edir. Ancaq biz bu vəziyyətdən çıxacağıq, vəziyyətdən çıxmaq üçün dövlətin müvafiq konsepsiyası var”.

 

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyim Fondunun Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə keçirdiyi fərdi jurnalist müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimdə Azərbaycan prezidentinin köməkçisi Ə. Həsənov deyib.

 

Ə. Həsənov bildirib ki, dövlət başçısı və komandası nikbin əhval-ruhiyyədədir: “Azərbaycan mediasının da əzmi imkan verəcək ki, gələcəyə uğurla addımlayaq. Prezidentinin qarşısında Azərbaycan dövlətinin maraqlarının müdafiəsi, faydalı qarşılıqlı əməkdaşlıq dayanır. Media Azərbaycan hakimiyyətinin tərəfdaşı, partnyorudur. Dövlət başçısı da dəfələrlə deyib ki, medianı oxuyur və ona uyğun da idarəçilik qurur. Cəmiyyətinin rəyinin hakimiyyətə çatdırılması mühüm vəzifədir və biz bundan sonra da bundan istifadə edəcəyik. Bizimlə bağlı hansı qərəzli kampaniya aparılır, aparılsın, Azərbaycan heç bir dövlətdən geri qalmır, ölkədə söz və mətbuat azadlığı təmin olunub. İstənilən tərəflə bu barədə diskussiya apara bilərik”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226584

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR