Lütfi Zadə prezident İlham Əliyevi təbrik edib

Lütfi Zadə prezident İlham Əliyevi təbrik edib
15:29 25 Dekabr 2015
28 Ölkə
Ölkə mətbuatı
A- A+

 

Kaliforniya Universitetinin professoru, Berkli Soft Computinq Mərkəzinin direktoru Lütfi Zadə prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib.

 

Lent.az-ın president.az-a istinadən məlumatına görə, təbrikdə belə deyilir:

 

 

"Əziz Prezident İlham Əliyev,

Mən doğum gününüz münasibətilə Sizə ən xoş təbriklərimi çatdırmaq istərdim. Siz Azərbaycanı xalqın rifahı naminə ən yüksək bilik, siyasi bacarıq ilə idarə etmisiniz və hazırda da idarə edirsiniz. “Eurovision” mahnı müsabiqəsinin, ilk Avropa Oyunlarının və digər beynəlxalq tədbirlərin Sizin dəstəyinizlə keçirilməsi xüsusilə diqqətəlayiqdir.

Dünyada çaxnaşmaların baş verdiyi bir vaxtda Azərbaycan sülh və tərəqqi içində yaşayır. Bu, olduqca nəzərəçarpan nailiyyətdir.

Sizə və ailənizə Yeni il təbriklərimi, ən xoş arzularımı da çatdırmaq istərdim.

Azərbaycan və Azərbaycan xalqı qəlbimin ən isti hissəsindədir. Azərbaycanı mədəniyyətə, elmə, incəsənətə və ədəbiyyata dərin hörmət bəslənilən bir ölkəyə çevirmək üçün Sizin göstərdiyiniz təşəbbüslərdən və gördüyünüz işlərdən olduqca məmnunam. Sizin kimi bir lideri olduğu üçün Azərbaycan çox şanslıdır.

Ən dərin hörmət, ehtiram və xoş arzularla,

Lütfi Zadə

Kaliforniya Universitetinin professoru,

Berkli Soft Computinq Mərkəzinin direktoru"

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226580

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR