Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Əli Həsənov: "Azərbaycan bu vəziyyətdən də çıxacaq"

Əli Həsənov: "Azərbaycan bu vəziyyətdən də çıxacaq"

Date: 25 December 2015 15:42

Qarşıdan gələn il o qədər də asan olmayacaq. Bilirsiniz ki, son dövrdə dünyada və xüsusən dünyanın neft bazarında yaşanan proseslər, neft bazarındakı konyektura, əsas neft ölkələri kimi Azərbaycanın da qarşısında müəyyən problemlər yaradıb.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dekabrın 25-də fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilən mərasimdə çıxışında deyib.

Ə.Həsənov bildirib ki, buna baxmayaraq Azərbaycan bu vəziyyətdən də çıxacaq: "Bu vəziyyətdən çıxmaq istiqamətində mühüm dövlət proqramları mövcuddur".

Ə.Həsənov qeyd edib ki, Azərbaycan dövlətinin siyasətinin əsasında Azərbaycan vətəndaşı və onun inkişafı, dövlətin müdafiəsi və mühafizəsi dayanır.

Milli.Az


Tags:  Əli Həsənov Azərbaycan bu vəziyyətdən çıxacaq

RƏYLƏR


Top news