Gürcüstanın yeni baş naziri məlum oldu

Gürcüstanın yeni baş naziri məlum oldu
15:46 25 Dekabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın yeni baş naziri məlum oldu.

ANS PRESS-in məlumatına görə, bu vəzifə indiyədək baş nazirin müavini və xarici işlər naziri vəzifələrini icra edən Georgi Kvirikaşviliyə həvalə edilir.

Artıq Gürcüstan prezidenti Georgi Marqvelaşvili namizədliyi irəli sürülən Kvirikaşvilinin yeni təyinatına razılığını ifadə edib:

“Baş nazirin namizədliyini artıq parlamentə təqdim etmişəm. Mən baş nazirin istefaya getməsi kimi yeni namizədi də dəstəkləyirəm. İndi növbə parlamentindir. Ümid edirəm cənab Kvirikaşvili üzərinə düşən vəzifənin öhdəsindən müvəffəqiyyətlə gələcək” deyə Gürcüstan başçısı bildirib.

Gürcüstan parlamenti də Georgi Kvirikaşvilinin ölkənin yeni baş naziri vəzifəsinə təyin olunmasına razılıq verib. Bu barədə qərar hakim “Gürcü arzusu” Partiyasının parlamentdə yaratdığı koalisiyaya daxil olan çoxluğun bu gün keçirilmiş iclasında qəbul olunub. Baş nazir vəzifəsinə dörd nəfərin namizədliyi irəli sürülsə də, sonda Kvirikaşvilinin namizədliyi qəbul olunub.

Müzakirələrdə sabiq baş nazir İrakli Qaribaşvili də iştirak edib.

Gürcüstan konstitusiyasına uyğun olaraq parlament öz namizədini prezidentə təqdim edib. Ölkə başçısı Kvirikaşvilinin namizədliyinə razılıq verdikdən sonra isə yeni hökumətin qurulması ona həvalə edilməlidir.

Bundan sonra yeni baş nazir qısa müddətdə hökumətin yeni tərkibini və öz proqramını parlamentə təqdim edəcək. Parlamentdə yeni tərkib və proqram təsdiq olunduqdan sonra yeni hökumət tam tərkibdə fəaliyyətə başlayacaq. Bu işin dekabrın sonlarınadək başa çatdırılması nəzərdə tutulub.






Artıq yeni vəzifəyə təyin olunan Georgi Kvirikaşvili isə jurnalistlərə bu vəzifənin öhdəsindən gəlməyə çalışacağını, hökumətin yeni tərkibinin yaxın günlərdə məlum olacağını bildirib. O, öz heyətində yeni kadrların yer alacağını da istisna etməyib.

Gürcüstanın baş naziri İrakli Qaribaşvili dekabrın 23-də tutduğu vəzifədən istefa vermişdi. Bu barədə o, ölkə əhalisinə televiziya ilə müraciətində məlumat vermiş. və ölkəsinə sadiq əsgər kimi qalacağını bəyan etmişdi. O bununla gənc nəslə nümunə olmaq və dövlət postunun ötəri olduğunu göstərmək istədiyini söyləmişdi. 33 yaşlı Qaribaşvili 2013-cü ildə bu vəzifəyə təyin olunanda Avropada ən gənc baş nazir idi.


İrakli Qaribaşvili - Gürcüstanın istefa verən baş naziri


Gürcüstan mətbuatının məlumatına görə, İrakli Qaribaşvili “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının seçki qərargahına və “Gürcü Arzusu” koalisiyasının seçki siyahısına başçılıq edəcək.




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368160

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR