"Bir dənə onun üçün yaşayıram" - fotolar

"Bir dənə onun üçün yaşayıram" -  fotolar
15:51 25 Dekabr 2015
100 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Röya Ayxan “Uşaqlar gülsün deyə” adlı xeyriyyə tədbirinə oğlu Hüseynlə birlikdə qatılıb.

Axşam.az-a açıqlama verən ifaçı övladının onu qısqanmasından danışıb:

“Hələ balacadır, amma məni qısqanır. Ən çox da pərəstişkarlarım İnstaqramda şəkillərimi qoyanda əsəbiləşir. Deyir ki, “Sənin şəkillərini niyə qoyurlar? Heç kim sənin şəklini qoymasın, sən mənim anamsan, onun anası deyilsən”. Əsəbiləşəndə məni “bloka” atır, “WatsApp”ı silir. Elə indicə yolda yenidən yükləmişəm. Amma nə edirsə, əcəb edir. Nə istəyir eləsin. İstəyir lap həyatımı, ömrümü alsın məndən. Mən bir dənə onun üçün yaşayıram. Hamı üçün hər şey elədim. Öz qohumlarıma, valideynlərimə deyirəm ki, hər şeyinizi elədim, mənə indi imkan verin, öz uşağımı oxudub-böyüdüm. Düzdür, əl çəkən deyillər, amma yenə də...”.

R.Ayxan xeyli arıqladığını da bildirib:

“Mən İstanbula gedən kimi arıqlayıram. Çünki orada yemək yeyə bilmirəm. Ancaq balıq, mərci şorbası yeyirəm. Bu da nə qədər olar?”.

Yaradıcılıq yeniləklərindən danışan müğənni tanınmış bəstəkarla işləyəcəyini deyib:

“Kesin bilgi” ilə hər yanı gəzdik. Gələn il Türkiyədə böyük bir sənətkarla işlərimizə start verəcəyik. Mən onu seçəndə dedilər ki, adətən başqa adları deyirlər. Onu heç vaxt heç kim demir. Yeganə qadındır ki, mahnılarının üstündən 50 il keçsə də, özündən başqa onu heç kim oxuyan olmayıb. Bir də İstanbulda tanıtım konserti verəcəm”.






Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43157

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR