Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Rusiya təyyarələrinin bombardmanı nəticəsində Suriyada 25 dinc sakin ölüb

​Rusiya təyyarələrinin bombardmanı nəticəsində Suriyada 25 dinc sakin ölüb

Date: 25 December 2015 15:52

Bakı. 25 dekabr. REPORT.AZ/ Rusiyanın hərbi təyyarələrinin Türkiyənin Suriya ilə sərhədində yerləşən Kilis şəhərindən 7 km aralıdakı Əziz rayonunu bombalaması nəticəsində 25 dinc sakin ölüb, 50-dən çox sakin yaralanıb.
"Report" xəbər verir ki, bu haqda Suriya Azadlıq Ordusu (SAO) məlumat yayıb.
Məlumata görə, Rusiya təyyarələri SAO-nun Suriyanın Əziz bölgəsindəki mövqelərini bombalayıb.
Xəbərdə bildirilib ki, təyyarələr bir məscidi, bir xəstəxananı və mülki vətəndaşların məskunlaşdığı yerləri hədəfə alıb. Bombardman zamanı təyyarələr məscid, xəstəxana və mülki vətəndaşların məskunlaşdığı yerləri hədəfə alıb.
Bombardmandan sonra baş verən yanğını yerli sakinlər söndürüb.
Bombalama nəticəsində yaralananlar Türkiyənin Kilis şəhərindəki dövlət xəstəxanasına yerləşdirilib. Vəziyyətləri ağır olanlar isə ölkənin Qaziantepdəki xəstəxanasına aparılıb.
Türkiyə polisi və hərbçiləri zirehli avtomobillərlə sərhəd bölgəsində təhlükəsizlik tədbirlərini gücləndirib. 

Tags:  Rusiya təyyarələrinin bombardmanı nəticəsində Suriyada 25 dinc sakin ölüb

RƏYLƏR


Top news