“Russneft” Neft Şirkəti Açıq Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədri Mixail Qutseriyevdən

15:53 25 Dekabr 2015
11 Digər
Ölkə mətbuatı
A- A+


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu,
Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.
İqtisadi baxımdan çiçəklənən Azərbaycanın daha da inkişaf etməsinə yönələn fədakar əməyiniz Sizə təkcə doğma ölkənizdə deyil, onun hüdudlarından çox-çox uzaqlarda da yüksək hörmət qazandırıb. Sizin ömür yolunuz, dövlətinizin mənafelərinə sədaqətiniz, fəal həyat mövqeyiniz Azərbaycana əzmkar xidmətin parlaq nümunəsidir. Əminəm ki, qarşıda respublikanı yeni nailiyyətlər və qələbələr gözləyir. Bunların rəhni isə Sizin siyasi müdrikliyiniz, təcrübəniz, doğma vətəninizə və xalqınıza məhəbbətinizdir.
İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq, bütün işlərinizdə və təşəbbüslərinizdə daha böyük uğurlar arzu edirəm.
Hörmətlə,

Mixail Qutseriyev
“Russneft” Neft Şirkəti Açıq Səhmdar Cəmiyyətinin
direktorlar şurasının sədri

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Russneft_Neft_Sirketi_Achiq_Sehmdar_Cemiyyetinin_direktorlar_surasinin_sedri_Mixail_Qutseriyevden-914366

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR