Çingiz Hüseynzadə: Azərbaycan idmançıları İslam Həmrəyliyi Oyunlarında yaxşı nailiyyətlər əldə edə bilərlər

Çingiz Hüseynzadə: Azərbaycan idmançıları İslam Həmrəyliyi Oyunlarında yaxşı nailiyyətlər əldə edə bilərlər
15:58 25 Dekabr 2015
21 İdman
Ölkə mətbuatı
A- A+

Elmir Murad - Trend:

2015-ci il Azərbaycan idmanı üçün çox uğurlu olub. Trend-in məlumatına görə, bunu Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə Federasiyanın 2015-ci ilin yekunları ilə bağlı keçirilən hesabat xarakterli tədbirdə deyib.

Ç.Hüseynzadə bu il Birinci Avropa Oyunlarının Bakıda keçirilməsinin mütərəqqi hadisə olduğunu bildirib və qeyd edib ki, bu, Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.

Federasiya rəhbəri il ərzində Atletika Federasiyasının bir çox nailiyyətlərə imza atdığını vurğulayıb: "Qarşıdakı İslam Həmrəyliyi Oyunlarına da ciddi hazırlaşmaq lazımdır. Yanvar ayından etibarən hazırlıqlara start verəcəyik. Azərbaycan idmançıları Birinci Avropa Oyunlarında ikinci nəticəni göstəriblərsə, İslam Həmrəyliyi Oyunlarında daha yaxşı nailiyyətlər əldə edə bilərlər".

Sonra çıxış edən Federasiyanın baş katibi Firat Hüseynov deyib ki, Azərbaycan istənilən yarışı keçirməyə qadirdir və İslam Həmrəyliyi Oyunları da yüksək səviyyədə keçiriləcək.

Sonra ilin ən yaxşı idmançı, hakim və məşqçiləri diplomlarla təltif olunublar.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2474198.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR