Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb

Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb
15:58 25 Dekabr 2015
17 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyim Fondunun (KİVDF) 31 dekabar - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, media qurumlarının rəhbərləri, müxtəlif dövlət qurumlarının nümayəndələri, millət vəkilləri və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan KİVDF-nin icraçı direktoru Vüqar Səfərli media nümayəndələrini qarşıdan gələn bayramlar münasibətilə təbrik edib, onlara yeni yaradıcılıq uğurları arzulayıb.

V.Səfərli qeyd edib ki, 2015-ci il Azərbaycan üçün çox yadda qalan illərdən biri olub: “Bu il Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Bu il Azərbaycanda Birinci Avropa Oyunları keçirildi. Bu Azərbaycanı bütün dünyaya tanıtdı və bir nümunə göstərdi. 2015-ci il milli mətbuatımızın 140 illiyi keçirildi. Möhtərəm Prezidentimiz bununla bağlı sərəncam imzaladı. Bu il mətbuatın 140 illiyi təntənəli şəkildə qeyd edildi. 180 jurnalistə fərxri adlar verildi, orden və medallar təqdim edildi”.

V. Səfərli nəzərə çatdırıb ki, Fond il ərzində 11 fərdi yazı müsabiqəsi təşkil edib, 600-dən artıq jurnalist bu müsabiqələrdə iştirak edib, 450-ə yaxın jurnalist mükafatlandırılıb: “Bu müsabiqəyə isə 60 media orqanından 156 yazı təqdim olunub. Yazılar 12 ekspert tərəfindən qiymətləndirilib. Qiymətləndirmə nəticəsində 113 qalib müəyyənləşib”.

V.Səfərli KİVDF-nin 2009-2015-ci illərdə keçirdiyi yazı müsabiqələrində qalib gələn ən yaxşı məqalələrin kitab şəklində çap olunacağını da açıqlayıb. “Sözün zirvəsində” adlanan kitabda 100 yazı toplanıb və bu ənənə bundan sonra da davam etdiriləcək.

Sonra çıxış edən Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistikanın xalqımızın mili şüurunun oyanmasında və müstəqil dövlət quruculuğunda mühüm rol oynadığını vurğulayıb.

Sonra isə müsabiqə qalibləri mükafatlandırılıb və tədbir musiqi proqramı ilə davam etdirilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2474223.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR