Futzal üzrə Azərbaycan millisi Belarus yığması ilə qarşılaşacaq

Futzal üzrə Azərbaycan millisi Belarus yığması ilə qarşılaşacaq
16:03 25 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, AZƏRTAC
Futzal üzrə Azərbaycan millisinin fevralın 1-də Serbiyanın paytaxtı Belqradda start götürəcək Avropa çempionatının final mərhələsinə hazırlıq planı müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, baş məşqçi Tino Peres yığmamızın ilk təlim-məşq toplanışını yanvarın 10-dan 18-dək Bakıda təşkil edəcək. Yanvarın 21-dən 29-dək baş tutacaq ikinci hazırlıq prosesinin də Bakıda keçirilməsi nəzərdə tutulub.
Hazırlıq prosesi zamanı yığmamız iki yoxlama görüşü keçirəcək. Bakıya gələcək Belarus yığması yanvarın 22-də və 24-də millimiz ilə oyunda qüvvəsini sınayacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Futzal_uzre_Azerbaycan_millisi_Belarus_yigmasi_ile_qarsilasacaq-914370

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR