2 "VAZ" toqquşdu, 2 yaralı

2 "VAZ" toqquşdu, 2 yaralı
16:05 25 Dekabr 2015
18 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağdam rayonunun Quzanlı qəsəbəsində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, Əyyam Şöhlət oğlu Şıxıyevin idarə etdiyi "VAZ-21015" markalı avtomobillə dönmə əməliyyatını yerinə yetirən "VAZ 2106" markalı minik maşını toqquşub.

Nəticədə "VAZ-21015" markalı avtomobil elektrik dirəyinə çırpılıb. Sürücü Əyyam Şıxıyev və avtomobildəki sərnişin, 1956-cı il təvəllüdlü Akif Süleymanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/393089.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR