Fələstinli uşağın yandırılması belə bayram edildi (VİDEO)

Fələstinli uşağın yandırılması belə bayram edildi (VİDEO)
16:06 25 Dekabr 2015
52 Digər
Ölkə mətbuatı
A- A+

İsraildə bir qrup radikal yəhudi 18 aylıq fələstinli uşağın və ailəsinin yandırılaraq öldürülməsini musiqi sədaları altında rəqs edərək qeyd ediblər.

ANS PRESS-in məlumatına görə, İsrailin Kanal 10 televiziyasında israilli iki gəncin toyundan kadrları yayılıb. Burada görünür ki, əllərində körpənin rəsmlərini tutan şəxslər uşağın və ailəsinin yandırılmasını molotov kokteyləri, bıçaqlarla oynayaraq qeyd edir.





Hadisə bu ilin avqust ayında baş verib. Yanğın nəticəsində fələstinli Devabişe ailəsinin 3 üzvü yanaraq ölüb. Onların iki uşağından biri - 18 aylıq körpə həyatını itirib, 4 yaşılı uşağın isə bədəninin 60 faizi yanıb.



Hadisələrə münasibət bildirən İsrail baş naziri Binyamin Netanyahu bütün bunların qəbuledilməz olduğunu söyləyib. O, bildirib ki, kadırlarda göstərilənlər İsrail xalqının və dövlətinin təhlükəsizliyini sual altına salan bir qrupun iç üzünü göstərir. "Qanunları rədd edən və özünü qanunlardan üstün tutan insanları qəbul edə bilmərik”.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368138

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR