Tələbə qızı avtomobil vurdu

Tələbə qızı avtomobil vurdu
16:06 25 Dekabr 2015
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Gəncə Şəhər Təcili Tibbi Xəstəxanasından ANS PRESS-ə verilən məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində qeydə alınıb. Şəhər sakini Vəfalı Məhərrəmov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçmək istəyən Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdlü Əsmər Əkbərovanı vurub. Sürücü xəsarət alan qızı avtomobilinə qoyaraq dərhal xəstəxanaya çatdırıb.

Həkimlər onun vəziyyətini normal qiymətləndirir.

Vurulan tələbə Ə. Əkbərova Gəncə Dövlət Universitetinin tələbəsidir.

Faktla bağlı Gəncə Şəhər Polis İdarəsində araşdırma aparılır.

Oktyabrın 16-da da Gəncədə yol qəzası baş verib. Tələbə qızı avtomobil vurub.

Həsən Bəy Zərdabi adına Gəncə Pedoqoji Universitetinin tələbəsi, Ağdaş rayonunun Ləki qəsəbəsindən olan, 1995-ci il təvəllüdlü Afaq İnqilab qızı Bayramova yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub. Hadisə universitetin qabağında baş verib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=368152

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR